Qurani-Kərimin bəzi surələrinin adı heyvan və həşəratlarla bağlıdır. Məsələn, Bəqərə (inək), Ənam (ev heyvanları), Nəml (qarışqa), Nəhl (bal arısı), Ənkəbut (hörümçək), Fil. Müxtəlif ayələrdə 25-dən artıq canlının adı çəkilir. Bunların xatırlanması ya keçmiş ümmətlərin və peyğəmbərlərin əhvalatlarının təsviri ilə bağlıdır, ya da Allah bu canlıların adını çəkməklə insanlara öyüd-nəsihət verir. Quranda adı çəkilən heyvan, quş və həşəratların adları bunlardır: Şanapipik (hüdhüd), bildirçin, qarğa, arı, kəpənək, ağcaqanad, milçək, çəyirtkə, qurbağa, bit-birə, qarışqa, hörümçək, balina, qoyun, keçi, inək, dəvə, fil, aslan, at, qatır, uzunqulaq, ilan, meymun, canavar, it və donuz.
Qurani-Kərimdə neçə heyvanın adı çəkilir?
