Axtar

Niyə Allah dünyada zalimləri cəzalandırmır?

  • Paylaş:
Niyə Allah dünyada zalimləri cəzalandırmır?

 

 

Allahın dünyada bütün zalimləri dərhal cəzalandırmamasının səbəbi İslam mənbələrində geniş şəkildə izah edilir. Burada həm Quran ayələri, həmdə məntiqi–teoloji yanaşma bir-birini tamamlayır.  Bu suala    əsasən beş böyük prinsip üzərində  cavab vermək  olar: 

 

1. Dünya  cəza yox,  imtahan yeridir 

 

Qurana görə dünya həyatının əsas məqsədi imtahandır:  

 

“O, sizi sınamaq üçün ölümü və həyatı yaratdı.” (Əl-Mülk, 2). 

 

İmtahanın mənası odur ki, insan öz iradəsi ilə yaxşı və ya pis yolu seçsin. Əgər Allah hər zalımı anında cəzalandırsaydı: 

 

A) İnsanın seçimi ləğv olardı, 

 

B) İmtahan mənasızlaşardı. 

 

C) İnsanlar yaxşılığı seçmək məcburiyyətində qalmış olardı, həqiqi mənəvi inkişaf olmazdı. 

 

2. Zülmü tam görünsün deyə möhlət verilir 

 

Quran buyurur ki, zalımlara möhlət verilir, amma bu , onların  cəzasız qalmaq  anlamına gəlmir. 

 

“Zalımlara möhlət verməyimi onlar üçün xeyir sanma. Biz onlara möhlət veririk ki, günahlarını daha da artırsınlar.”    (Al-İmran, 178) . 

 

Yəni: 

 

A) Zalimin z ülm tam şəkildə bəlli olsun, 

 

B) Ona c əza tam ədalətlə verilsin, 

 

C) Heç kəs deməsin: “Mən günah etməmişdim” və ya “Hüccət tamam olmamışdı”. 

 

3. İnsan azad iradə ilə məsuliyyət daşısın 

 

Allah insanı iradəli yaratdığı üçün onun seçiminin nəticəsi olmalıdır. Bu baxımdan əgər Allah zalımın zülmünün qarşısını hər dəfə dayandırsaydı, insan: 

 

a) Məsuliyyət hissini itirərdi, 

 

b) Günahın nəticələrini anlamazdı, 

 

c) Müstəqillik mənası qalmazdı. 

 

Bu baxımdan Allahın müdaxilə etməməsi — imtahanın tələblərindəndir. 

 

4. Dünya cəzasının məqsədi axirət cəzası qədər tam deyil 

 

Dünyada cəza tam ədalət ola bilməz. Bəzən zalım bu dünyada cəzalanır, bəzən isə xeyir içində görünür — amma bu, axirətdə qaçınılmaz hesab-kitabın olmaması anlamına gəlmir. 

 

Allah-tala Quran açıq şəkildə bildirir: “Məgər onlar elə güman edirlər ki, Biz onları möhlət verməklə xeyir edirik? Xeyr, bu bir imtahandır.” (Muminun, 55–56). 

 

Axirət cəzası isə: Tam, əhatəli, ədalətli və heç nəyin gizli qalmadığı bir hesab olacaq. 

 

5. Allah çox mərhəmətlidir – tövbə üçün fürsət verir 

 

Allahın ad larından biri    Ər-Rəhman ”, digəri isə    Ər-Rəhim ”- dir. 

 

Zalımlara möhlət verilməsinin bir səbəbi də onların: 

 

a) T övbə etməsi, 

 

b) Müsbət yöndə D əyişməsi, 

 

c) Y axşı yola qayıtması üçün imkan yaratmaqdır. 

 

Çünki tövbə edən insan bağışlana bilər. 

 

Hətta ən ağır günah sahibləri belə tövbə edib , dəyişə bilərlər . Allah isə bunu sevir. 

 

Qısa nəticə : 

 

Allahın zalımlara dərhal cəza verməməsi nin səbəbi : 

 

A) İ mtahanın mahiyyəti, 

 

B) İ nsan azadlığı, 

 

C) İ lahi ədalətin tam təcəllisi, 

 

Ç) T övbəyə imkan verilməsi, 

 

D) Z ülmün tam aşkar olması üçündür. 

 

Bu, zalımın cəzasız qaldığı anlamına gəlmir — sadəcə cəzanın vaxtı Allahın hikmətinə görə təyin edilir.