Nihilizm (latınca nihil — “heçlik”) fəlsəfi bir baxışdır ki, insan həyatının, əxlaqın və ümumiyyətlə varlığın obyektiv bir mənasının olmadığını iddia edir. Müasir dövrdə bu düşüncə xüsusilə bəzi Qərb fəlsəfi cərəyanlarında və gənclər arasında rast gəlinir.
İslam düşüncəsi isə nihilizmi insan fitrətinə və ilahi hikmətə zidd bir yanaşma kimi qiymətləndirir.
İslam dininə görə varlığın mənası
İslam dininin etiqadına görə kainat təsadüfi yaranmayıb. Hər şey Allahın iradəsi ilə yaradılıb və varlıq aləmində hər bir yaradılmış məqsədli və hikmət üzrə yaradılıb. Ona görə də varlıq aləminin şah əsəri sayılan insan isə, “boş yerə” deyil, sınaq və kamillik üçün yaradılıb.
Allah-tala qurani-Kərimdə bu barədə buyurur: Biz göyləri və yeri əbəs yerə yaratmadıq. (Sad, 27).
Bu ayə, nihilizmin, yəni həyatın mənasız olma iddiasına tam ziddir.
İmamların (ə) təlimində həyatın məqsədi
Şiə məzhəbində İmamların (ə) təlimləri insan həyatının məqsədini izah edir. İmamların (ə) təlimlərinə əsasən, insanın həyatda əsas məqsədi gərək Allaha yaxınlaşmaq, ədalətli və düzgün insan olmaq, cəmiyyətə fayda vermək və mənəvi kamilliyə çatmaq olsun.
Bu barədə imam Əli (ə) buyurur: İnsan özü üçün yaradılmayıb; o, böyük bir məqsəd üçün yaradılıb.
İmamların (ə) insanlar üçün həyat tövsiyələri, eləcə də imam Əlinin (ə) bu hədisi, nihilizm düşüncəsini kökündən rədd edir.
Nihilizmin yaranma səbəbləri
Şiə baxışına görə, nihilist düşüncənin yayılmasının bəzi səbəbləri var. Həmin səbəblərdən bəzisi aşağıdakılardan ibarətdir:
Mənəvi dəyərlərin zəifləməsi, Materializmin (yalnız maddiyyatın) üstün tutulması, Ədalətsizlik və sosial problemlər və Allahdan uzaqlaşmaq.
Ona görə də əgər insan həyatda mənəvi boşluq yaşasa, ümumiyyətlə yaşayışın mənasını itirdiyini düşünə bilər.
Şiə fəlsəfəsində cavab: “Heçlik yoxdur”
İslam fəlsəfəsində, xüsusilə şiə mütəfəkkirlərində (məsələn, Molla Sədra kimi) əsas fikir budur ki, Varlıq həmişə mənalıdır, “tam boşluq” mümkün deyil.
Ona görə də Hər bir varlıq ya fiziki, ya da mənəvi bir məqsədə xidmət edir.
Bu yanaşma nihilizmi elmi və metafizik olaraq zəif sayır.
Əxlaq m övzusu
Nihilizm əxlaqı subyektiv (nisbi) görür. Yəni nihilizm inancına əsasən yaxşı və pisin obyektiv bir ölçüsü yoxdur.
İslam dinində isə yaxşı və pis Allah tərəfindən müəyyən edilir.
Ona görə də islamda ədalət obyektiv dəyər sayılır və insan etdikləri qarşısında məsuliyyət daşıyır.
İmam Hüseyn (ə) Kərbəlada üzünü düşmənə tərəf tutaraq, belə buyurdu: “ “ Əgər dininiz yoxdursa, heç olmasa azad kişi olun !”.
İmamın (ə) bü cümləsi, əxlaqın mənasız olmadığını göstərən güclü bir nümunədir.
Nihilizm inancı mənəvi boşluğun nəticəsidir və bu inanc kainatın məqsədli yaradılışını inkar edir.
İslam düşüncəsinə görə isə həyat təsadüfi yox, məqsədlidir və insan həmin böyük məqsədi dərk etmək üçün yaradılıb.
Ona görə də nihilizm inancı insanın birbaşa fitrəti ilə ziddir.
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
