Peyğəmbəri-Əkrəm (s) cəhənnəmin necə cuşa gəlib qaynayacağı barədə buyurur:
"Ey Əbuzər! Allah tala bir dəstə insanı behiştə daxil edər və onlara o qədər nemətverər ki, yorularlar. Lakin cənnətin yuxarı dərəcəsində qərar tutmuş başqa birdəstəyə baxanda onları tanıyıb deyərlər: "Pərvərdigara! Bunlar bizimqardaşlarımızdır. Dünyada (onlarla) birlikdə yaşayırdıq. Onları niyə bizdən üstündərəcədə yerləşdirmisən?" Cavabında buyurular: "Heyhat, heyhat... Siz toxolduğunuz vaxt onlar aclıq çəkirdilər və sizlər sirab olduğunuz vaxt onlarınsusuzluğundan ciyərləri yanırdı (oruc tuturdular). Sizlər yuxuda ikən onlar ayaq üstə(namaza məşğul) idilər. Sizlər evlərinizdə istirahətdə olanda, onlar Allaha görə çölətələsirdilər." ("Əmali", Şeyx Tusi, 2-ci cild, səh. 135-152).Bu cümlələrdə Peyğəmbəri-Əkrəm (s) haramları tərk edib vacibləri yerinə yetirməklə behiştə daxil olan kəsin halını təsvir edir. Cənnətin aşağı dərəcəsi ilə kifayətlənən bu şəxs cənnətin ali dərəcələrinə nail olmaq üçün iri addımlar atmağa səy etməmişdir. İndi onun üçün bu səhnələr mücəssəm edilir və anladılır ki, doğrudur, sən haramlardan çəkinib vaciblərə əməl etməklə cənnətə yol tapmısan, lakin cənnətdə səndən də yuxarı məqamda olanlar var və səy et ki, sən də onların dərəcəsinə nail olasan.
Əlbəttə, cənnətin aşağı təbəqəsində olan dəstənin behişt nemətlərindən kifayət qədər bəhrələnib yorulması el arasında deyilən bir təbirdir. Həzrətin (s) bu təbirlə onların cənnətin aşağı təbəqəsində olmaqlarına baxmayaraq, çoxlu nemətlərə qərq olduqlarını bildirmək istəyir. Həqiqətdə isə, cənnətdə kimsə cana doymaz və yorulmaz. Allahın buyurduğu kimi:
"Cənnətdə bizə əzab-əziyyət yetişməz, heç vaxt yorğunluq və zəiflik bilməyəcəyik."("Fatir" surəsi, ayə 35).Həmin cənnət əhli baxıb, birdən öz dostlarını cənnətin ali məqamında görər və təəccüblə deyərlər: "Pərvərdigara! Bunlar ki, bizim dostlarımızdır. Biz ki, dünyada bir yerdəydik; bir sırada namaz qılardıq, bir səngərdə vuruşardıq. Necə oldu ki, onlara bizdən yuxarıda yer verdin?" Onlara cavab verilər: "Sizin onlarla fərqiniz çoxdur. Siz tox olanda, onlar ac, siz sirab olanda onlar susuz və siz halal nemətlərdən dadıb ləzzət apararkən, onlar oruc idilər. Hərçənd ki, siz də günaha bulaşmadınız, lakin onlar yayın istisində qarınlarını boş saxlayıb, yeyib-içməkdən gözlərini çəkərdilər. Siz öz vacib əməllərinizlə kifayətləndiniz və qalan vaxtınızı istirahətlə keçirdiniz. Lakin onlar yatmayıb Allahla dərdlərini bölüşər, ibadətə məşğul olardılar. Quranın buyurduğu kimi, onlar o kəslərdirlər ki,
"Gecənin az bir hissəsini yatar və Allah dərgahından tövbə və bağışlanmaqdiləyərlər." ("Zariyat" surəsi, ayə 17-18).Bu cümlələrdə Rəsuləllah (s) cənnətin dərəcələrini xatırladır. Bir çox ayə və rəvayətlərdə cəhənnəmin qatlarına aydın şəkildə işarə edildiyi kimi, cənnətin də müxtəlif dərəcələrə malik olduğu bildirilir. Cənnətin ən aşağı dərəcəsi vacib əməllərinə əməl etmiş şəxslər üçün nəzərdə tutulmuşdur və ən yüksək dərəcəəsi "Rizvan məqamı" olub Allahın xas övliyaları, ixlas sahibləri üçün təyin edilmişdir. Allah-tala buyurur:
"Allah mömin və möminələri ağacları altından çaylar axan əbədi behiştə daxiledəcəyinə vədə vermişdir. (Orada onlara) Ədn cənnətlərində ‒ gözəl saraylarda yerverərlər. Bütün nemətlərdən daha böyük olan isə budur ki, Allah Öz "riza" (razılıq)məqamını onlara əta edər. Həqiqətən, bu, böyük bir nicatdır." ("Tövbə" surəsi, ayə 72).Bütün nemətlərdən daha böyük olan Allahın "riza, razılıq və məmnunluq məqamı" cümləsi barədə rəhmətlik Əllamə Təbatəbai yazır: "İlahinin razılıq və rizvanı cənnət nemətlərinin hamısından üstün və məqam baxımından ən yüksəkdə olanıdır. Bu cəhətinə görə də, "rizvan" kəlməsi "qeyri-müəyyən" formada göstərilmişdir ki, onun üçün hansısa bir hədd, dərəcə nəzərdə tutulmur... Allaha həqiqi bəndəlik cənnət tamahı və cəhənnəm qorxusu ilə yox, məhəbbətlə Ona edilən ibadətdir. Aşiq və sevgili üçün ən böyük səadət və nicat odur ki, özünü razı salmaq üçün deyil, məhbubunun razılığını cəlb etməyə çalışsın." ("Əl-mizan", cild 9, səh.354).
Eşq və məhəbbət üzündən olan bəndəlik əksər rəvayətlərdə də göstərildiyi kimi, ən üstün bəndəlik olub maddi bağlılıqlardan ruhunu azad etmiş azadruhlu, saleh insanlara məxsusdur. Buna görə də iddia edə bilərik ki, "Rizvan" məqamı cənnətin ən üstün məqamlarındandır və Allaha ibadətdə xalis olan saleh və hürr insanlara məxsusdur.
Axirətin dərəcə və mərtəbələri ilə əlaqədar olaraq Allah-tala buyurur:
"Bax gör camaatın bəzisini bəzisindən necə üstün və fəzilətli etmişik. Axirətdə isə(dünyadakından) daha yüksək dərəcə, daha böyük üstünlüklər vardır." ("İsra" surəsi, ayə 21).Əməli az olanla əməli çox olan adam heç vaxt bir dərəcədə tutulmur. Dünya üstünlüyü onun malından, pulundan, cah-calalından nə dərəcədə bəhrələnməkdədir. Şübhəsiz ki, bu məhdud bir üstünlükdür. Lakin axirətdəki üstünlüyün səbəb və dərəcələri arasındakı fərq insanların iman və ixlaslarının dərəcəsinə qayıdır. Bu, insan qəlbinin vəziyyətinə aiddir və şübhəsiz, dünyəvi dərəcə fərqləri ilə müqayisəyə gəlməz. ("Əl-mizan", cild 13, səh.72).
İşarə edildiyi kimi, Peyğəmbər (s) hədisin bu bölümündə insanlara xatırlatmaq istəyir ki, ancaq və ancaq vacib əməlləri yerinə yetirib, haramdan çəkinməklə kifayətlənməsinlər. Əlbəttə, cənnətin aşağı dərəcəsi ilə razılaşan şəxs həmin hədlə də kifayətlənə bilər. Lakin bir gün baxıb görəndə ki, dostları ondan yuxarı dərəcədə qərar tutmuşlar, onda həsrət çəkəcək. Bizim də həmin mərtəbəyə çatmağımız üçün ibadətə və Allahın razı olduğu işlərə daha çox yer verməyimiz lazımdır. ("Rəhe-tuşe" - Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.123-127).
