Axtar

İslam dininə əsasən dünyada yaşayan bütün xalqlar üçün peyğəmbər göndərilibmi?

  • Paylaş:
İslam dininə əsasən dünyada yaşayan bütün xalqlar üçün peyğəmbər göndərilibmi?

İslam inancına görə, Allah hər bir ümmətə (xalqa/cəmiyyətə) doğru yolu göstərmək üçün peyğəmbər göndərib. Bu fikir Quranda açıq şəkildə vurğulanır.

Bu barədə Allah-tala quranda belə buyurur:  Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz . (Yunus, 47).

Həmçinin Nəhl surəsinin 36-cı ayəsində yenə Allah-tala buyurur: Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. (Nəhl,36).

Yenə Allah buyurur: Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun. ( F atir, 24).

İslam alimləri bu ayələri belə izah edirlər ki, Allah hər bir xalqa ən azı bir xəbərdarlıq edən göndərib. Bəzi peyğəmbərlərin adı Quranda çəkilib, bəzilərinin isə yox. Quranda yalnız 25 peyğəmbərin adı qeyd olunur, amma bu peyğəmbərlərin sayı daha çoxdur.

Amma bir sual qalır. Oda budur ki, görəsən bütün xalqlarda adı bilinən peyğəmbər var idi?

İslam alimləri bu suala cavab verərək, bildiriblər ki, peyğəmbərin sayı çox olub. 

Amma onların hamısının adı tarixdə qorunmayıb və ya bizə çatmayıb.

Bütün əsr və zamanlarda yaxşı və pis, haq və batil, düzgün və səhv olub. Ona görə də islam dininin inancına görə insanların haqqı və doğru yolu tanımaları üçün Allah tərəfindən hər bir ümmətə peyğəmbər göndərilib və Allah ədalətli olduğu üçün heç bir xalq haq yoldan xəbərsiz qala bilməzdi.

Bu baxımdan Allahın ədaləti bunu tələb edir ki, bütün xalqlara Allah tərəfindən haq yola dəvət edən peyğəmbər göndərilsin. Lakin onların hamısının adı bizə məlum deyil.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev