Cənnətin quruluşu, təbəqələri, sakinləri və nemətləri barədə həm Quranda, həm də məsumların hədislərində kifayət qədər ətraflı məlumatlar verilib. Dini kitablarda yazılır ki, Cənnətin səkkiz mərtəbəsi (təbəqəsi) vardır. Möminlər dərəcələrindən, etdikləri savab işlərdən, xasiyyətlərindən asılı olaraq bu təbəqələrdə yerləşdirilər. Dünyada olduğu kimi Cənnətdə də mənəvi təkamülün olacağını yazırlar. Yəni möminlər mənəvi cəhətdən tərəqqi etdikcə bir mərtəbədən daha yüksək mərtəbəyə ucaxa biləcəklər. Cənnətin səkkiz təbəqəsinin adları və xüsusiyyətləri barədə məlumatlar fərqlidir. Onları ümumiləşdirərək deyə bilərik ki, Cənnətin mərtəbələriin adları bunlardır: Firdovs, Ədn, Darus-səlam (salamatlıq məkanı), Aliyə (uca), Nəim (əbədi nemət məkanı), Xüld (əbədi qalınan yer), Məva (məkan, yer) və Darül-məqam (qalmaq məkanı). Bunların arasında ən üstünü Firdovsdur, məsumlar və onlara ən yaxın olanlar bu təbəqədə olacaqlar.
Cənnətin necə mərtəbəsi var və hansılardır?
