İslam mənbələrinə görə Allahın Rəcəb ayına önəm verməsinin bir neçə hikməti (mənəvi səbəbi) var. Həmin səbəbləri qısa olaraq belə izah etmək olar:
1. Rəcəb ayı haram (müqəddəs) aylardandır
Quranda bildirilir ki, Allah bəzi ayları digərlərindən daha hörmətli etmişdir, Rəcəb ayıda bu aylardan biridir.
Bu o deməkdir ki:
** Bu ayda Günahdan çəkinmək daha çox vurğulanır,
** Yaxşı əməllərin savabı daha böyükdür,
** Zülm və haqsızlıq daha ağır günah sayılır,
Bu, insanların daha məsuliyyətli və diqqətli yaşaması üçündür.
2. İnsanlara tövbə və dönüş fürsəti vermək üçün
Rəcəb ayı Ramazandan əvvəl gəlir. Allah bu ayı:
** Günahları dərk etmək,
** Tövbə etmək,
** Qəlbi təmizləmək,
üçün bir mərhələ kimi qərar verib.
Yəni Allah insanı Ramazan ayına birdən-birə yox, bəlkə addım-addım hazırlayır.
3. Allahın rəhmətinin xüsusi təcəllisi
Rəvayətlərdə Rəcəb ayı:
“Allahın ayı”,
Bağışlanma və rəhmət ayı,
kimi xatırlanır.
Bu, Allahın insanlara olan mərhəmətini göstərir — insanlara daha çox ümid qapısı açılır.
4. İnsanların daxili tərbiyəsi üçün
Rəcəb ayı insana bunu öyrədir ki:
** Nəfsini cilovlasın,
** Səbrli olsun,
** Davranışlarını düzəltsin.
Buda insanın həm mənəvi, həmdə əxlaqi inkişafına kömək edir.
Qısa olaraq desək:
Allah Rəcəb ayına ona görə önəm verib ki, insanlar bu ayın hörmətini saxlayaraq, qəflət yuxusundan oyanıb, mənəvi cəhətdən düzəlsin və bağışlanmağa ümid edərək, özünü Ramazan ayı üçün hazır etmiş olsun.
Hacı Elçin Əliyev
