Axtar

Narahatliq hissinin səbəbləri

  • Paylaş:
Narahatliq hissinin səbəbləri

Psixoloji narahatlıq hissi - həyəcan, stres, panik ataka, sosial fobiya kimi problemlərə gətirib çıxarır. Aşağıda sadalanan səbəblərdən bəziləri bir-birinə bağlı olan səbəblərdir. Sizin narahatlığınız bu səbəblərdən birinə və ya bir neçəsinə, hətta hamısına da bağlı ola bilər.

 

Səbəbləri aydınlaşdırdıqdan sonra hamısının birdən olmamaq şərtilə üzərlərində işləmək olar. Bəzən, sadəcə problemi yaradan səbəbin fərqində olmaq belə, problemin yüngülləşməsinə, hətta yox olmasına kömək edə bilir.

 

1.   Qorxaqlıq. 
2.  Ölüm qorxusu. 
3.   Fiziki acı qorxusu. 
4.   Xoşbəxtlik qorxusu. 
5.   Utancaqlıq, çəkingənlik. 
6.   Cinsəllik qorxusu, utancaqlığı və çəkingənliyi. 
7.   Cəsarət çatışmazlığı, cəsur ola bilməmək. 
8.   Özünü qəbul etməmək və sevməmək. 
9.   Xarici görünüşünü qəbul etməmək və sevməmək. 
10.  Özünü dəyərsiz, önəmsiz  hiss etmək. 
11.   Özünü başqaları ilə müqayisə etmək. 
12.   Mükəmməlliyyətçilik. 
13.   Özünə güvənməmək - sağlamlığına, ağlına, gücünə, bacarığına, savadına, gözəlliyinə, potensialına güvənməmək. 
14.   Həyata güvənməmək. 
15.   Həyata, bilinməyənə, təcrübələrə, yeniliklərə açıq olmamaq. 
16.   Tənbəllik, iradəsizlik, komfort zonanın xaricinə çıxa bilməmək, passiv həyat tərzi, monoton həyat tərzi, fiziki.. psixoloji.. ruhsal baxımdan yalnış həyat tərzi, məsuliyyətsizlik, təxirə salma vərdişi, şəxsin həyatında kifayət qədər sosiallığın olmaması, qaçınma davranışları. 
17.  Səbrsizlik. 
18.  Tələskənlik. 
19.  Anı yaşaya bilməmək. 
20.  Keçmişdə və ya gələcəkdə yaşamaq, gələcək barəsində narahatlıq. 
21.  Mənfi düşünmək, mənfi düşüncələr. 
22. Başqalarının nə düşündüyünü önəmsəmək. 
23. Həddindən artıq düşünmək.

milli.az