Axtar

Kimlərə seyyid deyilir?

  • Paylaş:
Kimlərə seyyid deyilir?

“Seyyid” sözünün ərəb dilindən tərcüməsi “ağa” deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. Məsələn, fars dilində “ağa”, türk dilində “əfəndi” kəlməsi hansı mənaya malikdirsə, ərəb dilində “seyyid” kəlməsi də həmin mənanı verir. “Seyyid” həm Allahın gözəl adlarından (əsmaül-hüsna), həm də Həzrət Mühəmməd Peyğəmbərin (s) ləqəblərindən biridir. Dini termin kimi Peyğəmbərin (s) üçüncü nəsildən babası (yəni atasının babası) Haşimin nəslindən olanları seyyid adlandırırlar. Bu mənada Peyğəmbərimizin özü də seyyid olub. Peyğəmbərin əmilərinin nəsli, İmam Əlinin (ə) Həzrət Fatimədən (ə) başqa qadınlarla izdivacından doğulanlar da seyyid sayılırlar. İslam aləmində ən şərəfli seyyidlər Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən olanlardır. O həzrətin nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) və Zeynəb vasitəsilə davam etmişdir. Sonrakı imamların nəslindən də şaxələr ayrılmışdır. Hazırda gün dünyanın müxtəlif ölkələrində on milyonlarla seyyid yaşayır.