Axtar

Keçmiş ümmətlərdə oruc var idimi?

  • Paylaş:
Keçmiş ümmətlərdə oruc var idimi?

Bəli, keçmiş ümmətlərdə də oruc var idi. İslamda oruc yalnız İslam ümmətinə xas deyil; əvvəlki peyğəmbərlərin ümmətlərinə də vacib edilmişdi.

Allah-tala  Quran da belə buyurulur: Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız. (Bəqərə surəsi, 183).

Bu ayə açıq şəkildə göstərir ki, əvvəlki ümmətlər də oruc tuturdular.

Əvvəlki dinlərdə oruc nümunələri

Yəhudilikdə bəzi xüsusi günlərdə oruc tutulur (məsələn, Yom Kippur günü).

Xristianlıqda da oruc ənənəsi var (məsələn, Böyük Oruc dövrü).

Keçmiş peyğəmbərlərdən Musa, İsa və Davud  (ə)  haqqında rəvayətlərdə də orucdan bəhs edilir.

Məsələn   Davud peyğəmbərin  (ə)  orucu haqqında  həzrət  M u həmməd  (s)  buyuru r ki, ən fəzilətli oruc Davudun  (ə)  orucudur  ki, həmin oruc növü bir  oruc tutub,  bir gün açmaq ilə yerinə yetirilirdi.

Nəticə: Oruc ibadəti insanlıq tarixində çox qədimdir və bir çox peyğəmbərlərin ümmətlərində mövcud olub.  İslamda isə bu ibadət Ramazan ayında sistemli və vacib şəkildə tətbiq edilir.

Keçmiş ümmətlərdə oruc növü

Keçmiş ümmətlərin orucu ilə İslamdakı oruc arasında həm oxşarlıqlar, həm də fərqlər var.

Oxşarlıqlar

İbadət məqsədi: Həm əvvəlki ümmətlərdə, həm də İslamda orucun məqsədi Allaha yaxınlaşmaq və nəfsi tərbiyə etməkdir.

Yeməkdən və bəzi istəklərdən uzaq durmaq: Oruc tutan insan müəyyən müddət yemək, içmək və bəzi dünya nemətlərindən uzaq qalır.

Peyğəmbərlərin sünnəsi: Bir çox peyğəmbər oruc tutmuşdur, məsələn Davud, Musa və İsa (ə) kimi peyğəmbərlər.

Fərqliliklər

Vaxt və qaydalar

İslamda oruc müəyyən ayda, yəni sırf Ramazan ayında tutulur. Keçmiş dinlərdə isə oruc müxtəlif günlərdə və fərqli qaydalarla tutulurdu.

Gün ərzində qayda

İslamda imsakdan (Sübh azanından) Qüruba (Məğrib azanına) qədər yemək-içmək qadağandır.

Bəzi əvvəlki ümmətlərdə isə gecə də yemək qadağan ola bilirdi və ya qaydalar fərqli idi.

Vaciblik forması

İslamda oruc hər sağlam və yetkin müsəlmana fərzdir.

Digər dinlərdə isə bəzən yalnız xüsusi günlər və ya tövbə üçün tutulurdu

Yəhudi və xristian ənənələri

Yəhudilikdə ən məşhur oruc günü Yom Kippurdür.

Xristianlıqda isə Pasxadan əvvəlki Böyük Oruc dövrü var.

Bu mövzu ya   Qurani-Kərimdə, xüsusilə  də  Bəqərə surəsi nin 183-cü ayə sində işarə edilir. Həmin ayədə Allah-tala orucun “Sizdən əvvəlkilərə də vacib” edildiyi bildirilir.

Deməli, Oruc bütün ilahi dinlərdə mövcud olmuş qədim ibadətlərdən biridir.  İslam isə onu Ramazan ayında müəyyən və sistemli şəkildə fərz etmişdir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev