Axtar

İmam Zaman ağa (ə.f) ayətullah Mərəşi-Nəcəfi barədə necə dua etdi?

  • Paylaş:
İmam Zaman ağa (ə.f) ayətullah Mərəşi-Nəcəfi barədə necə dua etdi?

Ayətullah Mərəşi-Nəcəfi barədə necə dua etdi?
Mərhum Ayətullah Mərəşi Nəcəfi nəql edir: “Samirrada sakin olan zaman
gecələri hərəmdə qalırdım. Gecələrin birində ayaq səsi eşitdim və
hərəmin qapısı bağlı idi və üzərində də qıfıl vardı. Mən bu səsdən
ehtiyat etdim, çünki Əhli-Beytin (ə) düşmənləri məni izləyirdi və
öldürmək istəyirdilər. Yanımda olan şam da sönmüşdü.
Anidən ürəkləri oxşayan bir səs eşitdim ki, salam verdi. Sonra mənim
adımı çəkdi. Mən də salamın cavabını verdim və soruşdum ki, siz
kimsiniz?
Dedi: Bəni-Əmamdan biriyəm.
Dedim: Axı qapı bağlı idi, haradan gəldiniz?
Dedi: Allahın hər şeyə qüdrəti vardır.
Soruşdum: Haralısınız?
Dedi: Hicaz.
Məndən soruşdu ki, buraya bu zamanda nə üçün gəlmisən? Dedim ki,
hacətim üçün. Mənə camaat namazını, fiqhi, hədisləri, təfsiri mütaliə
etməyi tövsiyə etdi. Buyurdu ki, sileyi-rəhm edəm, müəllimin haqqını
qoruyam, həmçinin “Nəhcul-bəlağə”ni və “Səhifeyi-Səccadiyyə”ni
əzbərləməyi mənə tövsiyə etdi.
Ondan istədim ki, mənim barəmdə dua etsin. O, da əllərini yuxarı
qaldırdı və bu cür dua etdi: “Allahım! Bu Seyyidi Muhəmməd (s) və onun
alisinə xatir dinə xidmətdə müvəffəq et. Ona münacatın şirinliyini
daddır, insanların qəlbində sevgisini qərar ver. Onu şərdən və şeytandan
qoru, xüsusilə də həsəddən”. 
Sonra buyurdu: “Mənim yanımda Seyyidi-şühədanın (ə) türbəti vardır,
əsil türbətdir ki, heç bir şeylə qarışmamışdır”. Sonra o türbətdən mənə
bir qədərini kəramət etdi və həmin o bir qədərini yanımda gəzdirərdim.
Sonra mənə əqiq üzük bağışladı. Bu ikisinin böyük təsirlərini gördüm. Ondan sonra bu hicazlı kişi gözdən qeyb oldu”.