Şiə məzhəbinə görə iftar vermək çox böyük savabı olan əməllərdən sayılır. Bu barədə Qurani-Kərim , İslam peyğəmbər i (s) və Əhli-beyt imamlarından (ə) nəql edilmiş hədislər də mühüm tövsiyələr vardır.
İftar verməyin savabı
Məhəmməd peyğəmbər (s) buyu rur : Hər kim oruc tutana iftar verərsə, onun üçün oruc tutanın savabı qədər savab yazılar, amma oruc tutanın savabından heç nə azaldılmaz.
Bu hədisə görə əgər insan bir möminə iftar verərsə , O, oruc tutanın savabı qədər savab qazanar və ö z savabından heç nə azalmaz , eləcə də b öyük xeyir və bərəkət əldə etmiş olar.
İmam Cəfər Sadiq (ə) buyurur: Bir mömin qardaşına iftar vermək, bir mömini azad etmək savabı kimidir.
Başqa rəvayətlərdə isə qeyd olunur ki, Bir xurma və ya bir stəkan su ilə də olsa, iftar vermək savabdır.
İnsanın imkanı az olsa belə, bu savabdan məhrum qalmamalıdır.
İnsan surəsinin 8-ci ayəsində, ehtiyacı olanlara yemək vermək, möminlərin xüsusiyyətlərindən biri kimi tanıtdırılır. Təfsir alimləri bu ayənin İmam Əli (ə), Fatimə Zəhra (s.ə), İmam Həsən və İmam Hüseyn (ə) haqqında nazil olduğu bildiriblər.
Deməli, iftar vermək insana böyük savab qazandırır, möminlər arasında birlik və mərhəməti artırır və oruc ibadətinin mənəvi dəyərini yüksəldir.
Bu baxımdan da islam dinində və xüsusilə də Ramazan ayında insanlar kasıblara, qohumlara və dostlara iftar verməyə çox təşviq olunurlar.
Allah-tala oruc, dua, ibadət və ehsanlarınızı qəbul eləsin.
Amin!
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
