D ünya və axirət xoşbəxtliyinin sirri insanın həm zahiri (dünya həyatı), həm də batini (ruhani və axirət həyatı) tarazlıq içində yaşamasındadır. Bu xoşbəxtlik təsadüfi deyil və müəyyən prinsiplərə bağlıdır . Əgər insan həmin prinsiplərə əməl edərsə, həm dünya yaşayışında, həmdə əbədi olan axirət aləmində xoşbəxt yaşayışa nail olar.
Həmin prinsipləri aşağıda gətiririk..
1. İman və tövhid
Ən əsas şərt tək olan Allaha səmimi iman və Onun birliyini qəbul etməkdir. Tövhid insanın həyatına məqsəd verir və onu daxili boşluqdan qoruyur. Bu baxımdan da insanın xoşbəxtliyinin ilk açarı, tək olan Allaha inanmaqdadır.
2. Peyğəmbər və Əhli-beytə (ə) bağlılıq
M u həmməd peyğəmbər (s) və onun Əhli-beyti (ə) doğru yolun rəhbərləri sayılır. O na görə də o nların həyat tərzi hər bir şəxs üçün nümunə olmalıdır.
3. Ədalət və düzgünlük
Həm fərdi, həm də ictimai həyatda ədalətli olmaq əsasdır. Zülmdən uzaq durmaq və haqqı müdafiə etmək böyük savab sayılır.
4. Əxlaq və nəfsin tərbiyəsi
Təkəbbür, paxıllıq, qəzəb və bu kimi mənfi xüsusiyyətlərdən uzaq durmaq, səbir, təvazökarlıq və mərhəmət kimi keyfiyyətləri inkişaf etdirmək xoşbəxtliyin açarıdır.
5. İbadət və Allaha yaxınlıq
Namaz, oruc, dua və zikr insanın ruhunu saflaşdırır və onu Allaha yaxınlaşdırır. Bu yaxınlıq daxili rahatlıq və hüzur gətirir.
6. Elm və şüur
Şiə məzhəbində elmə böyük əhəmiyyət verilir. İnsan həm dini, həm də dünyəvi biliklər əldə etməklə daha kamil olur.
7. Səbir və təvəkkül
Çətinliklər qarşısında səbirli olmaq və Allaha güvənmək (təvəkkül) insanı ruhən gücləndirir və nəticədə onu xoşbəxtliyə tərəf aparır.
Qısa olaraq desək, həqiqi xoşbəxtlik yalnız maddi rahatlıq deyil. Əsl xoşbəxtlik , Allaha yaxın olmaq, doğru yolda yaşamaq və axirət üçün hazır olmaqdır.
Bu prinsiplərə əməl edən insan həm bu dünyada daxili rahatlıq tapar, həm də axirətdə nicat qazan mış olar.
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
