Axtar

Dinimizə görə uşağa hansı adların qoyulması daha çox bəyənilir?

  • Paylaş:
Dinimizə görə uşağa hansı adların qoyulması daha çox bəyənilir?

Uşaq üçün tövsiyə olunan adlar içində ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s). Bunlardan əlavə, uşağa peyğəmbərlərin adını qoymaq da tövsiyə olunur. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Övladlarınıza peyğəmbərlərin adını qoyun. Adların ən yaxşısı isə Abdullah və Əbdürrəhmandır”. Hədislərdən məlum olur ki, İslam tarixində özünəməxsus yeri olan bəzi məşhur şəxsiyyətlərin adlarını uşağa verməyin maddi faydaları da var. Peyğəmbər buyurmuşdur: “O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz”. Oğlan uşağına Mühəmməd adını verməyin savabı həddən artıqdır. Qız uşaqlarının adına gəlincə, hədislərdən və İslam müqəddəslərinin həyat tərzindən məlum olur ki, ən çox bəyənilən və tövsiyə edilən qız adları bunlardır: Fatimə, Xədicə, Məsumə, Zeynəb, Ümmi-Külsum, Rüqəyyə, Səkinə və s.