Axtar

Ayətullah Behcət: “Məsumların ziyarətinə gedən zaman qəlbiniz dilinizə bağlı olmalıdır”

  • Paylaş:
Ayətullah Behcət: “Məsumların ziyarətinə gedən zaman qəlbiniz dilinizə bağlı olmalıdır”

Ustad Abdullah Fatimi Niya buyurur: Bir gün Behcət ağanın görüşündə idim və bu zaman bir nəfər gələrək dedi:

 

-İmam Rzanın (ə) hərəminə getmək istəyirəm, nə edim, bir məsləhət verə bilərsinizmi?

 

Behcət ağa buyurdu:

 

–Mən “Məfatih”də yazılanlardan artıq bir şey bilmirəm, amma bunu deyə bilərəm ki, ora gedən zaman qəlbiniz dilinizə bağlı olmalıdır! (Yəni ziyarət edən zaman hüzuri-qəlb olmalı, qəlbiniz dediklərinizi müşayiət etməlidir!)