Axtar

Axirət həyatının mərhələləri

  • Paylaş:
Axirət həyatının mərhələləri

A xirət həyatı bir neçə mərhələdən ibarətdir və insan bu mərhələləri ardıcıl şəkildə keçir. Bu mərhələlər Qurana və Əhli-beyt imamlarının  (ə)  kəlamlarına əsaslanır .

Axirət həyatının mərhələləri aşağıdakılardan ibarətdir:

1. Ölüm

Ölüm vaxtı i nsanın ruhu bədəndən ayrılır və yeni bir həyata qədəm qoyur.  
İmam Əli  (ə) bu barədə  buyurur:    İnsanlar yuxudadır, öldükdə oyanarlar.

Yəni ölüm son deyil, əsl həyatın başlanğıcıdır.

2. Bərzəx aləmi (qəbir həyatı)

Ölümdən sonra insan Bərzəx adlı aralıq aləmə daxil olur. Bu mərhələ Qiyamətə qədər davam edir. Bərzəx yaxşı insanlar üçün rahatlıq və nur, pis insanlar üçün isə sıxıntı və əzab olacaq.

İmam Sadiq (ə) bildirir ki, Qəbir ya cənnət bağlarından bir bağ, ya da cəhənnəm çuxurlarından biridir.

3. Qiyamətin başlanması

Qiyamət günü böyük hadisələrlə başlayır. Həmin gün bütün insanlar dirildilir. Bu, Allahın ədalətinin tam təcəlli etdiyi gündür.

4. Hesab və sorğu günü

Qiyamətdə bütün insanlar toplanıb, etdiyi əməllərinə görə sorğu-sual olunacaqlar. Daha sonra Əməllər kitabı təqdim olunur və hər bir yaxşı və pis əməl hesaba çəkilir.

İmam Əli (ə) buyurur: Bu gün əməl günüdür, sabah isə hesab günüdür.

5. Sirat körpüsü

İnsanlar qiyamət günü Sirat körpüsündən keçirlər. Həmin körpüdən keçmək saleh insanlar üçün asan və sürətli, günahkarlar üçün isə çətin və təhlükəli olacaq.

Bu mərhələ insanın iman və əməlinin nəticəsini göstərir.

6. Şəfaət

Şiə inancında Məhəmməd peyğəmbər (s) və Əhli-beyt imamları (ə) möminlər üçün şəfaət edə bilərlər. Bu, Allahın izni ilə olur və ümid qapısı sayılır.

7. Son məkan - Cənnət və ya Cəhənnəm

Son mərhələ  isə  əbədi həyatdır . Bu mərhələdə imanlı və saleh insanların sonu sonsuz xoşbəxtlik və cənnət, zalım və günahkar insanların sonu isə cəhənnəm və əzabla dolu həyat olacaq. 

Bu yeddi mərhələ barədə düşünmək insanı məsuliyyətli yaşamağa çağırır. İnsan bilməlidir ki, onun heç bir    əməl i qarşılıqsız qalmır və həqiqi ədalət axirətdə bərqərar ol unacaq.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev