Axtar

Allahın rəhmətindən ümidinizi kəsməyin

  • Paylaş:
Allahın rəhmətindən ümidinizi kəsməyin

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, Allahın rəhmətindən ümidinizi kəsməyin. Necə ki, “Zümər” surəsinin 53-cü ayəsində oxuyuruq:

«قُلْ يَـٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ  إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا  إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ»

"De: «Ey özlərinə qarşı həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Həqiqətən, Allah bütün günahları bağışlayır. Şübhəsiz ki, O, Bağışlayandır, Rəhmlidir.»"

Ayənin ilahi mesajı  belədir:

Ey bəndəm! Sənin günahlarının çoxluğu Mənim rəhmətimdən böyük deyil. Nə qədər uzaqlaşmış olsan da, Mənə qayıtmaq üçün qapı açıqdır. Keçmişin səni ümidsiz etməsin, çünki Mən tövbə edənləri qəbul edirəm və səmimiyyətlə Mənə yönələnləri bağışlayıram.

Ümidini itirmə. Günahını etiraf et, qəlbini Mənə yönəlt, haqsızlıqlardan dön və yaxşı əməllərlə həyatını yenilə. Mən bağışlamağı sevən Rəbbəm. Sənin tövbən Mənə yönəlişinin başlanğıcıdır, Mənim rəhmətim isə sənin üçün yeni bir həyatın qapısını açar.

Hər bir insan səhv edə bilər, lakin ən böyük itki səhvdən sonra ümidini itirməkdir. Mənim rəhmətim peşman olan, düzəlmək istəyən və Mənə güvənən hər kəsi əhatə edər. Buna görə də qəlbini ümidsizliklə deyil, ümid, iman və ixlasla doldur.

Bu ayə bizə öyrədir ki, Allahın rəhməti Onun bəndələrinə olan ən böyük nemətlərdən biridir. Tövbə edən insan keçmişinin əsiri deyil; o, Allahın mərhəməti ilə yeni bir başlanğıc edə bilər.

 

iqna.ir/az