Axtar

Allah bizi eşidirmi?

  • Paylaş:
Allah bizi eşidirmi?

Allaha dua etmək, Ondan bağışlanma diləmək özü bir ibadətdir. Heç şübhəsiz ki, Uca Allah özü bizi vasitəsiz eşidir və dualarımıza da Özü cavab verir: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib , Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (Bəqərə, 186) . 
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir" (Şura, 11) .

Həmçinin Allahdan bir şey istədikdə "Ey Allahım!", "Ey Rəbbim!" deyə Uca Allaha üz tutub istədiyinizi diləyə bilərsiniz. Yaxud nəsə istədikdə ona uyğun Allahın adı ilə çağırmaq lazımdır. Məsələn ruzi istədikdə, onu “Razzəq” (Ruzi verən) adı ilə, Şəfa istədikdə, onu “Şafi” (Şəfaət edən) adı ilə çağırmaq lazımdır. Ümumiyyətlə dua etdikdə ilk növbədə Uca Allaha həmd etmək, Onu adları ilə çağırmaq, peyğəmbərə (s) salavat gətirmək və Allahın nemətlərini etiraf etmək yaxşıdır.  Allah -tala buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (Əraf, 180).

Bütün bu quran ayələrini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, Allah bizi eşidir və etdiyimiz bütün dualardan xəbəri var.