Əl-Əzhər Ustad Əbdülbasit Əbdüssəmədin vəfatının ildönümü (30 noyabr) münasibətilə vurğuladı: "O, İslam dünyasının ən məşhur qarilərindən biri və oxumada 'qızıl səs' sahibi idi və Allahın Kitabının səfiri kimi dünyanın şərqinə və qərbinə səfər etdi".
Əl-Əzhərin Facebook səhifəsində Ustad Əbdülbasitin həyatının ən mühüm məqamları xatırlanaraq bildirildi: "Şeyx Əbdülbasit Məhəmməd Əbdüssəməd Səlim Davud yanvar 1927-ci ildə Qena əyalətinin Ərmənt şəhərinin tabeliyindəki əl-Mərazə kəndində anadan olub. O, 30 noyabr 1988-ci ildə, çox mühüm bir gündə vəfat edib."
Ustad Əbdülbasit dünyanın hər yanından müxtəlif tədbirlərdə Quran oxumaq üçün çoxsaylı dəvətnamələr alıb. O, bu dəvətləri qəbul edərək çoxlu səfərlər etmiş və Səudiyyə Ərəbistanı, Fələstin, Suriya, Küveyt, İraq, Mərakeş, Livan, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Amerika, Fransa, Hindistan və digər ölkələrə səyahət etmişdir.
O, Hərəmeyni Şərifeyndə Quran oxuduğuna görə ona "Səvtu Məkkə: Məkkənin Səsi" ləqəbi verilmişdi. O, həmçinin Məscidül-Əqsa və Dəməşqdəki Əməvi Məscidində də oxuyub. O, padşahların və prezidentlərin diqqətini çəkmişdi və onlar onu rəsmi və təntənəli qarşılama ilə qəbul edirdilər.
O, bir çox beynəlxalq forumlarda qiymətləndirilib və Livana Respublikasının Sidr medalı, Pakistanın Qızıl medalı, o dövrün Pakistan Prezidenti Ziyaülhaqqın Əlamə medalı, Seneqalın Ləyaqət medalı, Suriya Respublikası və Malayziya hökumətindən bir mükafat (nişan), Misir radiosunun 50 illik yubiley medalı və Misirdən Ləyaqət medalı daxil olmaqla bir sıra nüfuzlu rəsmi medallar alıb.
Qeyd edək ki, Misir Vəqflər Nazirliyi də bazar günü, 30 noyabr tarixində Misirin və İslam dünyasının böyük qarisi, "qızıl səs" və "Məkkənin səsi" ləqəbləri ilə tanınan Ustad Əbdülbasit Əbdüssəmədin vəfat ildönümünü, onun ürəkoxşayan, güclü və təqvalı səsinə hörmət əlaməti olaraq yad etdi.
Nazirlik bu misirli qarinin həyat hekayəsini yad edərək vurğuladı: "O, 10 yaşında Quranı əzbərləməyi başa vurub və iyirminci əsrdə qiraətin ən görkəmli simalarından birinə çevrilib".
