Axtar

Ayətullahul-üzma Şübeyri Zəncanı dünyasını dəyişib

  • Paylaş:
Ayətullahul-üzma Şübeyri Zəncanı dünyasını dəyişib

Əhli-beyt (ə) fiqhi və şiə dünyasının böyük mərcəyi-təqlidi Ayətullahul-üzma Seyid Musa Şübeyri Zəncanının pak ruhu haqqın dərgahına qovuşub.

Ayətullahul-üzma Şübeyri Zəncanının dəftərxanasının bəyanatının mətni belədir:

"Bismillahir-Rəhmanir-Rəhim

"O kəslər ki, mələklər onların canını pak halda alanda deyərlər: Sizə salam olsun! Etdiyiniz yaxşı əməllərin mükafatı olaraq cənnətə daxil olun!"

Əhli-beyt (ə) fiqhi və şiə dünyasının böyük mərcəyi-təqlidi Ayətullahul-üzma Şübeyri Zəncanının (qüddisəsir-ruh) pak ruhu haqqın dərgahına qovuşub.

Bu böyük mərcəyin bərəkətli ömrü və iftixarla dolu həyatı dərin düşüncə, davamlı elmi mücadilə, əsl fiqhin qorunması və yüksəldilməsi, İslam maarifinin yayılması, şiəliyin qorunması, habelə insanların rifahı üçün səmimi səylərlə keçmişdir.

Bu ağır itkini Həzrət Bəqiyyətullahil-Əzəmə (ə.f), mübarək elmi hövzələrə, İranın şərəfli xalqına və dünyanın hər yerindəki mərcəiyyət sevərlərə başsağlığı verir və bildiririk ki, cənazənin yola salınması və dəfn mərasimi ilə bağlı məlumat daha sonra veriləcəkdir."

Ayətullahul-üzma Şübeyri Zəncanı cümə günü axşam, sentyabrın 18-də ağciyər problemi səbəbindən Qum şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmişdi.