Xəbər verir ki, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Həcc ziyarətinə qatılacaq namizədlər üçün yeni sağlamlıq tələbləri müəyyən edib. Nazirliklərarası Həcc və Ümrə Komitəsinin iclasında gündəmə gətirilən bu qərara əsasən, müəyyən edilmiş kriteriyalara cavab verməyən şəxslərə Həcc vizası verilməyəcək. Hər il təxminən 2 milyon insanın ziyarət etdiyi müqəddəs torpaqlarda bu addım zəvvarların təhlükəsizliyi və tibbi xidmətlərin davamlılığı məqsədilə atılıb. Yeni qaydalara görə, Həccə getmək istəyənlər Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş sağlamlıq şərtlərinə cavab verdiklərini təsdiqləyən rəsmi tibbi arayışı sistemə yükləməlidirlər. Bu sənədlər Həcc və Ümrə Nazirliyinin viza sisteminə daxil edildikdən sonra vizalar təsdiqlənəcək. Sağlamlıq arayışı təqdim etməyən və ya kriteriyalara uyğun olmayan namizədlərin müraciətləri sistem tərəfindən avtomatik olaraq rədd ediləcək. Sağlamlıq vəziyyəti Həccə getməyə imkan verməyən şəxslərə isə alternativ təqdim olunacaq. Bu insanlar öz adlarından sağlam bir yaxınlarını vəkil olaraq Həcc ziyarətinə göndərə biləcəklər.
Səudiyyədən yenilik: Bu şəxslərə Həcc vizası verilməyəcək
