Anadolu Xəbər Agentliyinin məlumatına görə, Səmərqənd şəhərinin mədəniyyət paytaxtı elan edilməsi münasibətilə keçiriləcək tədbirlər çərşənbə axşamı başlayıb.
Bayram tədbirləri Özbəkistanın Mədəniyyət Nazirliyi ilə birgə “İslam dünyasının mənəvi irsi və mədəni ifadələri: xəttatlıq, musiqi, poeziya və həmrəylik” mövzusunda beynəlxalq konfransla başlayıb.
Açılışda üzv ölkələrin mədəniyyət nazirləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.
İSESCO-nun baş direktoru Səlim ibn Məhəmməd Əl-Malik qeyd edib ki, il boyu müxtəlif proqramlar, tədbirlər və təşəbbüslərlə qeyd olunacaq. Malik bildirib ki, bu prosesdə şəhərin mədəni irsi önə çəkiləcək və Səmərqənd şəhərinin İslam sivilizasiyasındakı rolu vurğulanacaq.
Malik, tədbirlərin uğurla keçməsi üçün hər cür səy göstərdiklərini, Özbəkistan Mədəniyyət Nazirliyi ilə birgə geniş proqram hazırlandığını və bu bayramların İslam Dünyasının Mədəniyyət Paytaxtları arasında nümunəvi bir model olacağına ümid etdiklərini bildirdi.
Tədbirlər təqvimi çərçivəsində Rabatda Özbəkistan Mədəniyyət Həftəsi keçiriləcək.
Bu tədbir həm də İslam Dünyası Mədəniyyət Paytaxtları Proqramının 30-cu ildönümünə təsadüf edir. Bundan əlavə, Xarəzmi, Biruni və İbn Sina kimi Mərkəzi Asiya alimlərinin bəşər sivilizasiyasına töhfələrinə dair beynəlxalq konfranslar, ənənəvi incəsənət, əlyazmalar, ədəbiyyat və İslam memarlığı üzrə forumlar, şeir və foto müsabiqələri keçiriləcək.