Bir çoxlarımız kəbirə günahların nə olduğundan az və ya çox xəbərimiz vardır. Ancaq hansı günahların səğirə olması haqqında məlumatımız azdır. Bu günahların bəzisi ilə tanış olaq və onlardan çəkinməyə çalışaq.
- İnsana və ya heyvana lənət oxumaq.
- Cümə xütbəsi zamanı danışmaq.
- Fasiq insanlarla oturub-durmaq.
- Müsəlmanın qeybətini eşitmək və onun qarşısında susmaq.
- Naməhrəmə baxmaq.
- Naməhrəm qadınla tək əyləşmək.
- Gülməkdə və zarafat etməkdə ifrat etmək.
- Məscidə nəcasət daxil etmək.
- Qadağan olmuş günlərdə oruc tutmaq.
- Söyüş söymək.
- Batili və zalımı müdafiə etmək.
- Satdığın malın eyibini örtmək.
- Kiməsə söz verən zaman vəfasızlıq edəcəyini iradə etmək.
- Zəkatı və həcci təxirə salmaq.
- Baha satmaq üçün, insanların ehtiyacı olan əşyaların ölkəyə daxil edilməsinin qarşısını almaq.
- Din qardaşı ilə üç gündən çox danışmamaq.
- Tədqiq etmədən dava etmək.
- Zəkatı xarab maldan vermək.
- Başqalarına həsəd aparmaq.
- Müsəlmana qarşı bədgüman olmaq.
- Başqasının sirrini ifşa etmək.
- Nəcasət və pisliyi insanların yoluna tökmək.
- İnsanların razı olmadığı şəxsi imam təyin etmək.
- Məkruh zamanda namaz qılmaq.
- Təkəbbürlə yol getmək.
Uca Allah bizləri günahlardan qorunanlardan və həqiqi iman əhlindən qərar versin!