Axtar

Ruzi qazanmaq zamanı niyyət nə olmalıdır?

  • Paylaş:
Ruzi qazanmaq zamanı niyyət nə olmalıdır?

Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıdan zaman Səyid Ənsari onu qarşılamağa gəlir. Bu insan tarlada çalışır və zəhməti ilə ailəsini dolandırırdı. Həzrət (s) onun əlini öpür və buyurur: "Bu, o əldir ki, atəş onunla təmasda olmaz".

İmam Sadiq (ə) buyurur: "O kəs ki, ailəsinin ehtiyacını təmin etmək üçün səy göstərər, Allah yolunda cihad edən mücahid kimidir".

Həzrət Peyğəmbər (s) buyurur: "İbadətin 70 hissəsi vardır. Onların ən üstünü - halal mal əldə etməkdir".

Ruzi qazanmaq zamanı niyyət barədə Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "O kəs ki, dünyada halal ruzi istəyində olar və niyyəti xanımı ilə uşaqlarının rifahını gücləndirmək, başqalarından istəməkdən ehtiyacsız olmaq, qonşulara və yoxsullara əl tutmaq olarsa - üzü on dörd günlük ay kimi parlayan halda Allahla görüşə tələsər".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah qazanc əldə etmək üçün əziyyət çəkən bəndəsini sevər".

Həzrət Rəsulallah (s) buyurur: "Allah Təala hər günahdan keçər, həyat yoldaşının mehriyyəsini inkar edəndən və fəhlənin haqqını qəsb edəndən başqa".

İşi layiqincə yerinə yetirməyin lazımlığı barədə Həzrət Peyğəmbər (s) buyurur: "Allah o fəhləni sevir ki, ona tapşırılan işi yaxşı şəkildə yerinə yetirər".