Qədr gecəsi İslamın ən böyük və ən müqəddəs gecələrindən biridir. Bu gecənin əzəməti və əməlləri həm Quranda, həm də Əhli-beyt imamlarının (ə) hədislərində geniş şəkildə izah olunub.
Qədr gecəsinin əzəməti və dəyəri
Bu gecənin əzəmət və dəyərini başa düşmək üçün, həmin gecənin bəzi xüsusiyyətləri ilə tanış olmaq lazımdır. Aşağıda qədr gecəsinə xas olan bəzi xüsusiyyətləri gətiririk.
1. Quranda xüsusi surə nazil olub
Qədr gecəsinin böyüklüyü Qurani-Kərimdə olan Qədr surəsi ilə göstərilir. Bu surədə deyilir ki , Qədr gecəsi min aydan daha xeyirlidir , b u gecə mələklər və ruh yerə nazil olur və b u gecə sübhə qədər salam və rəhmət gecəsidir .
Şiə təfsirlərində bu nazil olmanın Allahın ilahi proqramının dövrün imamına təqdim olunması kimi izah edildiyi bildirilir.
2. İlahi təqdir gecəsi
Şiə alimlərinə görə Qədr gecəsində insanların gələcək ilə qədər ruzi və taleyi , ömür və hadisələr in ümumi təqdiri müəyyən edilir və dövrün imamına (ə.f) təqdim olunur. Bu anlayış İmam Cəfər Sadiq və digər imamların (ə) hədislərində qeyd olunur.
3. Günahların bağışlanma fürsəti
Şiə hədislərinə görə bu gecə Tövbələrin qəbul olunduğu , d uaların tez müstəcab edildiyi və g ünahların bağışlandığı ən böyük fürsətlərdən biridir.
Ş iə ənənəsinə görə ehtimal olunan Qədr gecələri bunlardır:
19 Ramazan , 21 Ramazan , 23 Ramazan (ən güclü ehtimal).
Bu gecələr həm də İmam Əli ibn Əbu Talib ilə bağlı hadisələrlə əlaqələndirilir .
Belə ki, 19 Ramazan, İmam Əlinin (ə) namazda olduğu vaxt, xain və münafiq olan Əbdürrəhman ibn Mülcəmin vasitəsi ilə qılıncla zərbə aldığı gecədir.
21 Ramazan isə o həzrətin (ə) şəhadətə qovuşduğu gecədir.
Qədr gecəsinin əsas əməlləri
Şiə mənbələrinə görə qədr gecəsinə xas olan bəzi əməllər var ki, həmin əməllərdən ən əhəmiyyətli olanlarını aşağıda gətiririk.
1- Bu gecəni sübh namazına qədər oyaq qalmaq.
2 . Qüsl almaq
Qədr gecəsinə daxil olanda qüsl almaq müstəhəbdir.
3 . İki rükət namaz
Bu gecədə i ki rükət namaz qılınır .
Namazın hər rükətində 1 dəfə Həmd, 7 dəfə İxlas surəsi oxunur və Namazdan sonra 70 dəfə istiğfar (Əstəğfirullahə və Ətubu iləyh) deyilir.
4 . Quranı baş üzərinə qoymaq
Quranı baş üzərinə qoyub, xüsusi dua oxumaq, Şiə ənənəsində məşhur əməldir.
Quranı baş üzərinə qoyub, Allahın haqqı, Peyğəmbərin haqqı və Əhli-beytin (ə) haqqı ilə Allahdan bağışlanma və hacətlər dilənir.
Həmin duanın ərəbcə oxunuşu belədir:
“Bikə ya Allahu”. “Bi-Muhəmmədin”. “Bi-Əliyyin”. “Bi-Fatimətə”.
“Bil-Həsəni”. “Bil-Husəyni”. “Bi-Əliyy-ibnil-husəyni”. “Bi-Muhəmməd-ibni-əliyyin”. “Bi-Cəfər-ibni-muhəmmədin”. “Bi-Musəbni-Cəfərin”. “Bi-Əliyy-ibni-Musa”.“Bi-Muhəmməd-ibni-Əliyyin”.“Bi-Əliyy-ibni-Muhəmmədin”. “Bil-Həsən-ibni-Əliyyin”. “Bil-Huccəti”.
Bu zikrlərin hər birini 10 dəfə demək lazımdır.
5. 100 rükət namaz qılmaq
Bəzi möminlər Qədr gecəsi 100 rükət namaz qılırlar. Bu 100 rükət namaz müstəhəbdir. Amma əgər insanın vacib qəza namazları varsa, həmin gecədə100 rükət vacib namazlarını qıla bilər. Bununla həm bəzi vacib qəza namazlarını qılmış olar, həmdə bu gecədə 100 rükət namazın savabını əldə etmiş olar.
6. Bu gecədə bəzi xüsusi zikrləri demək
Qədr gecəsində bəzi zikrləri demək çox tövsiyə olunub. Həmin zikrlər aşağıdakılardır:
100 dəfə: “Əstəğfirullahə və ətubu iləyh”.
100 dəfə: “Allahumməl-ən qətələtə Əmirəl-möminin”.
7. Cuşən Kəbir duasını oxumaq.
8. Ziyarət və mərsiyə
Şiə ənənəsində bu gecələrdə imam Hüseynin (ə) ziyarətini oxumağın çox savabı var.
Həmçinin bu gecə imam Əli (ə) üçün əza mərasimlərinin təşkili çox savablı əməl sayılır.
Qədr gecəsində tövsiyə olunan digər əməllər:
1- Ç ox lu quran oxumaq .
2- Dua və istiğfar etmək .
3- Sədəqə vermək.
4- Möminlər üçün dua etmək .
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
