Axtar

Qardabanidə İmam Rzanın (ə) mövluduna həsr olunmuş seminar keçirilib

  • Paylaş:
Qardabanidə İmam Rzanın (ə) mövluduna həsr olunmuş seminar keçirilib

iman.ge xəbər verir ki, bu gün Qardabani şəhərində yerləşən Əl-Hikmə Elmi-Mədəni Mərkəzində 8-ci İmam, Həzrət İmam Rzanın (ə) mövluduna həsr olunmuş “İmam Rzanın (ə) simasında sağlam və dəyərli həyat tərzi” mövzusunda seminar keçirilib.

Qardabani Mərağa məscidi və Gürcüstan Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan seminara rayon və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.

Seminar məscidin axundu Anar Bayramov tərəfindən Quran tilavəti ilə açıq elan edilib. Seminarda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, yerli ruhanilərdən Hacı Ramin İgidov, Hacı Niyazi Əmirxanov, Hacı Elçin Əliyev, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Abbas Yusifnejad, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Səadətnejad, eləcə də rayon ağsaqqallarından Hacı Mayak Nemətov çıxış edərək təbriklərini çatdırıblar.

Çıxışlarda gənc nəslin cəmiyyətdəki rolu, onların düzgün tərbiyəsinin əhəmiyyəti, İmam Rzanın (ə) yüksək mənəvi xüsusiyyətləri, gənclərin tərbiyəsi ilə bağlı tövsiyələri və davamçılarına verdiyi mühüm tapşırıqlar haqqında ətraflı məlumat verilib.

Seminar dua  oxunmaqla başa çatıb.