O kəs ki, həyatını Allahı tanımadan yaşamış və doğru olanları yanlış, yanlış olanları doğru hesab etmişdir - özü günahkardır. Hər kimin həyatı belə olar, şəxsiyyəti darmadağın olar və ömrünü puç şeylər üçün keçirmiş sayılar.
Bəs bu cür yaşamağın səbəbləri nə olmuşdur?
1. Allahın verdiyi dərk, idrak qüvvəsindən istifadə etməyib, heyvani hisslərə meyil etmək. Həmçinin batini paklığını unudub, pisliklərə üz tutmaq. Belə bir insanın vicdanı iş qabiliyyətini itirər və şəxsiyyətində natamamlıqlar yaranar.
2. Uzun zamanlar əməl etdiyi qayda-qanunu dəyişdirməyə daxilən müqavimət göstərmək. 50-60 yaşına çatmış insan əgər yanlış yaşayarsa, bunu ona başa salmaq çox çətin olar. Çünki bu insanlar artıq ömrünün xeyli hissəsini yaşamışdır və onu yanlış yaşadığını boynuna ala bilməz və tərslik edər.
3. Belələri deyərlər ki, axı necə ola bilər ki, bu qədər ömrü yaxınlarına və dostlarına yardım etməklə yaşamışdır, belə bir ömür necə yanlış ola bilər ki? Onlara deyiləndə ki, sizi tövbə xilas edə bilər - buna inanmazlar.
4. Təkəbbürləri hər bir xeyir əmələ mane olar. Heyvani hissləri ona təlqin edər ki, doğru yol - elə sən gedən yoldur. Ona görə də təkəbbürlü insanlar heç bir zaman keçirtdikləri həyatdan peşman olmazlar.
Dini dəyişənlər və onda bidət edənlər həm özləri yolundan azar və həm də çox sayda insanın yolundan azmasına səbəb olarlar. Allah onları zülmətdə və iztirabda qərar verər.
Allah Təala Qurani-Kərimdə insanlara beləcə çoxlu nəsihətlər vermişdir. Çünki Qurani-Kərim insanların xilas olması üçün möhkəm kəndir və kamala çatmaq üçün möhkəm dayaqdır.
