Axtar

Osteoxondrozu müalicə edən yağ

  • Paylaş:
Osteoxondrozu müalicə edən yağ

Osteoxondroz çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı onurğa sütununun fəqərələri deformasiya olunur ki, nəticədə onların arasında keçən sinirlər sıxılır. Bu isə ağrılara və müxtəif digər pozulmalara səbəb olur.

Ağ şam ağacı yağı osteoxondrozun müalicəsində çox geniş istifadə olunur. Bu yağ osteoxondroz zamanı ağrıları, ödemi və iltihabı azaldır, yerli qan dövranını yaxşılaşdırır.

Osteoxondroz zamanı ağ şam ağacı yağı masaj zamanı istifadə olunur. Bunun üçün 10 damcı yağ masaj üçün istifadə olunan vasitəyə (yağ, krem və s.) əlavə olunur.

Həmçinin ağ şam ağacı yağını kompress şəklində də istifadə etmək olar. Bunun üçün 10 damcı yağ pambıq parçaya damızdırılır və ağrıyan yerə qoyulur.

Şam ağacı yağını müalicəvi vannalara da əlavə etmək olar. Bunun üçün 10-15 damcı yağ yarım stəkan südə əlavə olunur, qarışdırılır, vannaya tökülür (suyun temperaturu 38 dərəcə selsi olmalıdır). Belə vannanı 30 dəqiqə ərzində qəbul edin.