O ruc tutmaq, xüsusilə Ramazan ayında tutulan oruc, insanın həm mənəvi, həm də əxlaqi və ictimai inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu baxış əsasən Qurani- k ərim , M u həmməd peyğəmbər (s), Əli ibn Əbu Talib (ə) və digər məsum imamların (ə) hədislərinə əsaslanır.
Aşağıda orucun əsas faydaları nı qeyd edəcəyik:
1- Təqvanın artması
Allah-tala q uranda buyur ur ki, orucun məqsədi təqva əldə etməkdir (Bəqərə, 183). Şiə alimlərinə görə oruc Nəfsə nəzarəti gücləndirir , g ünahdan çəkinməyi asanlaşdırır və i nsanı Allaha daha yaxın edir .
2. Nəfsin tərbiyəsi
Oruc sadəcə yemək-içməkdən çəkinmək deyil. Şiə fiqhində vurğulanır ki , insan oruc tutan zaman yalnız ac və susuz qalmalı deyil və gərək o, öz bədən üzvlərinə də nəzarət etsin. Diqqət etsin ki, bədən üzvlərinin vasitəsi ilə günah etməsin.
Ona görə də oruc tutduğumuz zaman, gərək dilimiz və bütün bədən üzvlərimiz də oruc olsun. Yəni yalan danışmaq, qeybət etmək və bu kimi dil ilə edilən günahlardan uzaq durmalıyıq.
Eləcə də Göz harama baxmamalı, Qəlb kin və həsəddən uzaq durmalıdır.
Bu qayda ilə tutulan oruc, insanın daxili tərbiyəsinə səbəb olur.
3. Səbir və iradə gücü
Oruc, Səbr etməyi öyrədir, iradəni möhkəmləndirir və çətinliklərə dözümlülüyü artırır.
İmam Əli (ə) buyurur ki, oruc insanın ixlasını sınayan bir ibadətdir.
4. Yoxsulların halını anlamaq
Aclıq və susuzluq, kasıbların vəziyyətini daha yaxşı anlamağa kömək edir və insanda sədəqə və yardımlaşma ruhunu gücləndirir.
İnsanda bu kimi düşüncələr artdıqca, tədricən cəmiyyət arasında da mərhəmət artmağa başlayır.
5. Günahların bağışlanması
Ramazan ayında t övbə qapıları açıqdır .
Allaha xatır tutulan oruc, günahların bağışlanmasına səbəb olur.
6. Sağlamlıq faydaları
Şiə alimləri bildirirlər ki, oruc tutmaqda əsas məqsəd mənəvi təkamüldür. Amma bununla yanaşı oruc tutmağın insan sağlmalığına da faydaları var. Misal üçün oruc tutmaq insanın həzm sisteminin dincəlməsinə, bədənin təmizlənməsinə və nizamlı qidalanmağa səbəb olur.
7. Axirət savabı
Hədis və r əvayətlərdə oruc c ənnətə aparan əməllərdən sayılır və q iyamət günü şəfaətçi kimi təqdim olunur .
Hacı Elçin Əliyev
