Axtar

Nemətlər qarşısında insanların 4 növü. Hansındanıq?

  • Paylaş:
Nemətlər qarşısında insanların 4 növü. Hansındanıq?

Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, insanlar İlahi nemət qarşısında dörd dəstəyə bölünürlər 

1. O dəstə insanlar ki, hələ əvvəldən nemətdən üz çevirmişdilər. İstər maddi nemət olsun, istərsə də mənəvi nemət olsun – onu rədd etmişdilər. 

Özlərini işə verməmiş və tənbəllik etmişdilər. İnsanlara yük olmuş və cəmiyyətdə fəsad törətmişdilər. Allahın dinini qəbul etməmiş, cinayət və zəlillik yolunu seçmişdilər. 

2. O insanlardır ki, həm maddi və həm də mənəvi nemətləri qəbul etmişdilər. Ancaq onu xərcləməkdə simiclik etmişdilər. İnfaq etməmişdilər. Alim olmaqlarına baxmayaraq, elm nemətini heç kəsə öyrətməmişdilər. 

3. O dəstə ki, neməti qəbul etmişdilər, ancaq Allahdan qeyrisinin yolunda xərcləmişdilər. Zalım zənginlər və saray alimləri kimi. 

4. O dəstə ki, həm maddi və həm də mənəvi nemətləri qəbul etmişdilər, özlərini bu nemətlərə görə Allahın əmini hesab etmişdilər. 

Bu nemətləri Allah istəyən kimi xərcləmişdilər. Bu dəstə insanlar – o kəslərdir ki, Quran onları şakir adlandırmışdır. 

İmam Sadiq (ə) buyurur: “Şükür odur ki, neməti ilə günah etməyəsən, nemətin qüdrət və qüvvəti ilə onun əmr və qadağalarına qarşı müxalifətliyə qalxmayasan”.