İmam Səccad (ə) buyurur: "Nemətlərin dəyişməsinə səbəb olan günahlar ibarətdir:
insanların (haqqına) təcavüz etmək,
xeyirli və yaxşı iş adətlərini tərk etmək,
nemətə küfr etmək və
şükrü tərk etmək.
Çünki Allah Təala buyurur: "Allah heç bir millətin taleyini dəyişdirməz, məgər o halda ki, özləri yollarını dəyişdirər"".
Allahın Peyğəmbəri (s) buyurub: "Allah Təala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir".
Rəsuli-Əkrəm (s) buyurub: "Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə görə şükür etsin". Ərz etdilər: "Birinci nemət nədir?". Buyurdu: "Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz".