Axtar

Müsəlman xanım odla rəsmlər çəkir

  • Paylaş:
Müsəlman xanım odla rəsmlər çəkir

Kanadalı müsəlman Ayşa Lasfar özünün bədii təbiətini ifadə etməyin qeyri-adi üsulunu tapıb – o, odla ağac üzərində rəsm çəkir.

Atası mərakeşli və anası fransız olan Ayşa həm şərqli, həm də qərblidir. Özünün yaradıcılıq fəaliyyətini piroqrafiya vasitəsi ilə izhar etmək qərarına gəlib və odla taxta üzərində rəsmlər çəkir.

Əvvəl-əvvəl piroqrafiya müsəlman xanım üçün hobbi olsa da, sonradan “Mooselim Works” studiyasını quraraq öz əl işlərinin satışını həyata keçirməyə başlayıb.

Onun ən məşhur rəsmi isə “Fatimənin dünyası”-dır. Rəssam xanım “Fatimənin əli” həmayili içərisində Kanadanın təbiət mənzərəsini əks etdirib. Müştərilər ən çox bu əsəri sifariş verirlər.