Axtar

Misvak nədir?

  • Paylaş:
Misvak nədir?

Misvak isti iqlimli şərq ölkələrində (o cümlədən Ərəbistan, Misir, Hindistan, İran, Pakistan, Afrika ölkələri) bitən, çubuqlarından diş təmizləmək üçün istifadə edilən ərak (Salvadora Persica) adlı həmişəyaşıl kol bitkisidir. Nazik budaqlarını doğrayır, ucunun qabığını soyur, lifləri su ilə isladıb bir-birindən ayırırlar. Yumşaq fırça təsiri bağışlayan lifləri diş üçün çox faydalı olan minerallarla zəngindir. Müasir tibb alimləri dişləri misvakla yumağı diş məcunu ilə təmizləməkdən heç də az faydalı saymırlar. Misvakın lifləri antibakterial maddələrlə, C vitamini, flüor, efir yağları, sellüloz və s. ilə zəngindir. Misvak diş çürüməsinin, diş qanaxmalarının qarşısını alır, diş daşlarını ləğv edir, damağı bərkidir, ağızdan gələn pis qoxunu aradan qaldırır, ağız boşluğundakı bakteriyaların kökünü kəsir, mina təbəqəsini möhkəmlədir, dişləri ağardır. Dişləri misvak çubuğu ilə təmizləmək İslamda böyük savab sayılır. Peyğəmbər buyurub: “Cənab Cəbrail dişləri misvakla təmizləmək barədə o qədər təkid etdi ki, Allah bu işi dinin vacibatı kimi tapşıracaq deyə, güman etdim”.