Bu taxta barmaq Misirin Tebes adlı qədim şəhərində, bir məzarda tapılıb. Arxeoloqlar onun təxminən eramızdan əvvəl 950-710-cu illərə aid olduğunu düşünürlər.
Protez taxtadan hazırlanıb və dəri iplərlə bərkidilib. Barmağın üzərində tikişlər və kiçik deşiklər var. Bu da göstərir ki, protez insan tərəfindən geyinilib və istifadə olunub.
Araşdırmalar göstərir ki, bu barmaq sadəcə bəzək üçün yox, yeriməyə kömək etmək üçün hazırlanıb. İnsan onu geyinərək daha rahat addımlaya bilib və balansını saxlaya bilib. Yəni, bu protez həqiqətən işləyən tibbi vasitə olub.
Qədim Misirlilər üçün bədənin tam qalması çox vacib idi. Onlar inanırdılar ki, insan öldükdən sonra ölülər diyarında rahat yaşasın deyə, bədəni bütöv olmalıdır. Buna görə də bu cür protezlər həm praktiki, həm də inanc baxımından əhəmiyyət daşıyırdı.
Bu taxta ayaq barmağı dünyanın ən qədim protezi sayılır. Demək olar ki, bu tapıntı keçmiş protez texnologiyasının başlanğıcıdır.
Bu qədim protez hazırda Qahirə Muzeyində nümayiş olunur və tibb tarixinin ən maraqlı nümunələrindən biri kimi qorunur...
