Axtar

Misirin Darüliftası: “Süni intellekt – 10-cu Beynəlxalq Konfransın əsas mövzusu”

  • Paylaş:
Misirin Darüliftası: “Süni intellekt – 10-cu Beynəlxalq Konfransın əsas mövzusu”

Misirin Darüliftası bildirib ki, bu konfrans “Süni İntellekt Dövründə Müfti Təlimi” mövzusu ilə 2025-ci ilin 12 və 13 avqust tarixlərində Fətva Mərkəzləri və Darüliftalar Katibliyinin əməkdaşlığı ilə keçiriləcək.

Bu tədbirdə dünyanın yüzdən çox ölkəsindən baş müftilər, nazirlər və yüksək rütbəli rəsmilər iştirak edəcək və bu konfrans geniş beynəlxalq və İslam əməkdaşlığına şahidlik edəcək.

Misirin Darüliftasının 10-cu beynəlxalq konfransı, eyni zamanda, dünya üzrə fətva mərkəzləri və darüliftaların Katibliyinin yaradılmasının 10-cu ildönümü ilə eyni vaxta təsadüf edir. Bu katibliyə dünyanın müxtəlif ölkələrindən 111 institut üzv olub və fətva mərkəzləri arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsində mühüm rol oynayır.

Misir müftisi Nəzih İyyad bu barədə deyib: “Texnologiyanın sürətli inkişafı dini qurumlar, xüsusilə də fətva mərkəzləri üçün misli görünməmiş çağırışlar yaradıb və builki konfrans belə həssas və vacib bir zamanda keçirilir.”

O əlavə edib: “Bu konfransın məqsədi müasir alətlərdən istifadə bacarığına malik, rəqəmsal dəyişiklikləri anlayan və süni intellektdən məntiqli və məsuliyyətli şəkildə fətva prosesinə xidmət etmək üçün istifadə edə bilən bir müftinin tərbiyəsi üçün aydın prinsipləri və əsasları müəyyənləşdirməkdir.

Misirin müftisi həmçinin qeyd edib ki, bu iki günlük konfrans sessiyalarında bir müftinin elmi keçmişi, rəqəmsal dövrdə fətva alətləri, rəqəmsal platformalar və süni intellektdən istifadə qaydaları və qanunları kimi mövzular müzakirə ediləcək, həmçinin bu sahədə dünyanın bəzi darüliftalarının dəyərli təcrübələri təqdim olunacaq.