Axtar

Malayziyanın Dini İşlər Naziri: “Quran həyatın hər addımında bələdçidir”

  • Paylaş:
Malayziyanın Dini İşlər Naziri: “Quran həyatın hər addımında bələdçidir”

Quranın nazil olması ilə bağlı mərasimlərlə eyni vaxtda (18 mart) çıxış edən nazir Dato Setia Naim Muxtar bildirib ki, bütün malayziyalılar bu Ramazan ayından Quranı öyrənmək və onun üzərində düşünmək fürsəti kimi istifadə etməlidirlər.

O, “Qurani-Kərim hidayət nuru, qəlblərimizin dərmanı və həyatda atdığımız hər addım üçün kompasımızdır. Gəlin bu mübarək gecədə Allahın kəlamına yaxınlaşaraq, idrakımızı gücləndirərək və onun təlimlərini gündəlik həyatımızda tətbiq etməklə Quranın nazil olmasının həqiqi mənasını düşünək” dedi.

Nazir, həmçinin Qurani-Kərimi hər bir qərarımızda bir köməkçi, güc mənbəyi və yolgöstərən kimi istifadə etməyə çalışmalı olduğumuzu bildirərək, “Ümid edirəm ki, bu xüsusi gecə hamımıza bərəkət gətirəcək, Allaha olan iman və bağlılığımızı hər zamankindən daha da gücləndirəcək” dedi.

“Bütün malayziyalıları Qurani-Kərimi daha çox oxuyaraq, onun ayələri üzərində düşünərək və onun ehtiva etdiyi ülvi dəyərləri mənimsəyərək bu mübarək aydan faydalanmağa dəvət edirəm”, - deyə Malayziyanın Dini İşlər Naziri bildirib.