Hicrətdən əvvəl müsəlmanların və Peyğəmbərin (s) Məkkədəki həyatı getdikcə çətinləşirdi. Məkkə müşrikləri onlara daha artıq dərəcədə əziyyət verir, İslam dininin yayılmasını əngəlləyirdilər. Buna görə Peyğəmbər başda olmaqla bütün müsəlmanlar müvəqqəti alaraq Məkkə kənarında o Həzrətin əmisi və əsas himayədarı olan Əbu Talibə məxsus əraziyə sığınmalı oldular. Bura “Şibi-Əbu Talib” (Əbu Talib dərəsi) adlanırdı. Müsəlmanlar burada ağır iqtisadi və ictimai mühasirə şəraitində üç il qalmalı oldular. Bütün müsəlmanlar, o cümlədən Peyğəmbərin artıq qocalmış əmisi Əbu Talib, həyat yoldaşı Xədicə də burada idilər. Məkkə müşrikləri onlarla hər cür əlaqə saxlamağı, ticarət etməyi, onlara yardım göstərməyi qadağan etmişdilər. Müsəlmanlar ağır şəraitdə, ev, yemək, geyim sarıdan məhrumiyyət içində yaşayırdılar. Belə bir şəraitdə Əbu Talibin səhhəti pisləşdi və o, xəstələnib vəfat etdi. Bundan bir neçə gün sonra (Ramazan ayında) Peyğəmbərin həyat yoldaşı, sirdaşı, himayədarı Xədicə də dünyasını dəyişdi. Bu hadisələr Peyğəmbəri o qədər sarsıtdı ki, həmin ili “hüzn ili” adlandırdılar.
İslam tarixində “kədər (hüzn) ili” adlandırılmış iş hansıdır?
