Dinimiz hər bir insan üçün seçim azadlığını qəbul edir. Hər kəs yaşayış yerini seçməkdə ixtiyar sahibidir. Hətta şəriətimizə görə, bəzi ibadətlərin yerinə yetirilməsi qaydasında rol oynayan vətən anlayışını da insan özü seçir. Lakin yeni yaşayış yerini seçərkən insanın öz şəxsi təhlükəsizliyini, toxunulmazlığını və dinini qoruya bilməsi əsas amillərdən sayılır. Elə ölkələrə köçmək icazəlidr ki, insan orada təhlükəsizlik içində olacağına əmin olsun. Eləcə də, müsəlmanın öz dini həyatını normal yaşamasına, dini qaydalara riayət etməsinə icazə verən ölkələrə köçmək icazəlidir. Namaz, oruc, halal qida, günahlardan uzaq olmaq kimi şərtlər qoruna bilən cəmiyyətlərdə yaşamaq heç bir problem daşımır. Lakin insan köçdüyü ölkədə ibadətləri yerinə yetirmək, halal qidalanmaq, məcburən günahlara düşməmək kimi mühüm məsələlərə riayət edə bilməyəcəyinə əmindirsə, bu halda həmin ölkəyə köçmək dini baxımdan ona qadağan və haramdır.
İslam dini insanın öz yaşayış yerini dəyişməsinə və başqa ölkəyə köçməsinə necə baxır?
