Axtar

İmam Həsən Əskərinin (ə) tərbiyə üsulu

  • Paylaş:
İmam Həsən Əskərinin (ə) tərbiyə üsulu

İmam Sadiq in (ə) nəslindən olan Әbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Әbülhəsən Qum şəhərində imam Həsən Әskərinin  (ə)  nümayəndəsi olan Әhməd ibni Ishaq Әş᾽ərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin imamın  (ə)  nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi. 

Әbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.  

Həmin ildə Әhməd ibni Ishaq Әşəri Məkkəyə getdi və  qayıdan da imam Həsən Әskəri nin    (ə)  qapısına gələn Әşərini imam    qəbul etmədi.  

Çox yalvar-yaxardan sonra imamın  (ə)  hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».  

Әşəri dedi: Ey Peyğəmbərin  (s)  övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.  
Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. Islamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»  

Әşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Әbülhəsən də var idi. Әşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Әbülhəsən onun bu işindən heyrətlənib dedi: Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et. Әşəri əhvalatı olduğu kimi ona danışdı. Әbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb , təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.  

İmamın  (ə)  öz səhabələrindən birinə yazdığı məktub  

Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Әli ibni Bab i v ə yhi Qum m iyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir:  

«Allaha həmd və sənadan sonra, bizim əshabımızdansan deyə , sənə tövsiyə edirəm ki, P əhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohum-əqrabanı həmişə baş da tut , yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərin d ə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur".