Axtar

İlahi mesaj: Qüdrətli olmaq üçün təqvalı olaq

  • Paylaş:
İlahi mesaj: Qüdrətli olmaq üçün təqvalı olaq

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, qüdrətli olmaq üçün təqvalı olmalıyıq. Necə ki, “Bəqərə” surəsində oxuyuruq:

«وَ اتَّقُوا اللَّهَ وَ اعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقينَ»

“Təqvalı olun və bilin ki, Allah pərhizkarlaladır” (Bəqərə, 194).

Tövbə surəsində isə belə gəib:

«وَ اعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقينَ»

“Bilin ki, Allah pərhizkarlaladır” (Tövbə, 36).

Bu iki ayədə Mütal Allah bizi təqvalı olmağa, yəni ilahi çərçivə və sərhədləri qorumağa çağırır. Həmçinin onları görməzdən gəlməkdən və tapdalamaqdan bizi çəkindirir.

Biz bir bəndə olaraq Rəbbimizin bizim həyatımız üçün müəyyən etdiyi qanun və qaydalar əsasında yaşam sürməliyik. O qanunlara qarşı gəlməkdən qorxmalıyıq. Bu qorxu bizim xeyrimizədir. Çünki belə olduğu təqdirdə Rəbbimizin qanunlarına və həqiqədə, Onun Özünə qarşı çıxmamış olacağıq.

Bu dünyada adətən, zəiflər özlərini güclü göstərmək üçün ya hansı yolla olsa da güclü olmağa və ya güclülərlə birlikdə görsənməyə çalışırlar. Bununla da özlərini başqalarına güclü göstərir və zəif olmadıqlarını nümayiş etdirirlər ki, kimsə onlara qarşı gəlməsin. Bununla da həyatlarını rahat yaşamaq və kiməsə məğlub olmaq istəmirlər.

Mütəal Alah bu ayələrdə bizə bunun doğru yolunu göstərir. O da budur ki, əgər güclü və qüdrətli olduğunuzu nümayiş etdirmək və həqiqətən güclü olmaq istəyirsinizsə, bütün varlığın sahibi, Rəbbi və sonsuz qüdrtət sahibi olan Allaha sığınmalı və təqvalı olmasınız ki, O da sizinlə olsun.

Sözügedən ayələrdə bizə belə mesaj verilir ki, həqiqi mənada güclü və qüdrətli olmağın yolu bir şəxsin özü kimi zəif və aciz, amma zahirdə güclü görsənən birinə deyil, həqiqətdə sonsuz qüdrət sahibi olan Allaha pənah aparması və təqvalı olmasıdır. Onun dediklərinə əməl etməli və Onun qanunlarına qarşı gəlməkdən çəkinməlidir. Belə olduğu surətdə, Allah da bizə mesaj verir ki, Özü onlarla birlikdə olsun və onlardan ayrı olmasın.

Nəticə etibarı ilə sonsuz qüdrət sahibi olan Allah əgər bir şəxslə olarsa ondan güclü və qüdrətli biri olmaz.

Beləliklə, qüdrətli olmaq üçün həyatımızın hər bir sahəsində ilahi təqvaya riayət etməliyik.