Bu cərimə müsəlmanlardan xəbərsiz şəkildə onların həssas məlumatlarının toplanması səbəbilə tətbiq olunub.
Bələdiyyələrin gizli şəkildə araşdırmalar sifariş etməsi və müsəlman vətəndaşlarla bağlı həssas məlumatlar ehtiva edən dosyalar hazırlaması məsələsi ilk dəfə 2021-ci ildə üzə çıxmışdı.
Bu araşdırmalar İŞİD-in ortaya çıxması və Suriyadakı vətəndaş müharibəsi fonunda Hollandiyadakı müsəlmanlar arasında radikallaşma qorxusu səbəbilə aparılmışdı.
Hökumətin və ölkənin Terrorizmlə Mübarizə Agentliyinin (NCTV) radikallaşmanın qarşısını almaq və müsəlman vətəndaşların Suriyaya getməsinin qarşısını almaq tələblərindən sonra 10 şəhərin bələdiyyəsi yerli müsəlman icmaları haqqında məlumat toplamaq üçün bir şirkətə tapşırıq verib. Bu məlumatlara mühüm şəxslər və məscidlər kimi məkanlar da daxil olub.
Toplanan məlumatların həcmi və məzmunu müxtəlif olub və bəzi hesabatlarda insanların dini inancları ilə bağlı detallara yer verilib. Bəzi hallarda isə adlar, şəkillər, ailə məlumatları və məscidlərin daxili məsələləri ilə bağlı qeydlər toplanıb, hətta bir neçə halda şəxsi profillər belə hazırlanıb.
Bu hesabatların və məlumatların bir qismi polis, Terrorizmlə Mübarizə Agentliyi və Əmək və Sosial İşlər Nazirliyi ilə də paylaşılmışdı.
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatının rəhbəri Alid Volfsen bildirib ki, bələdiyyələrin bu məlumatları toplamaq üçün heç bir hüquqi əsası olmayıb.
O deyib: “Zərərçəkmiş şəxslərin məxfilik hüququ ciddi şəkildə pozulub və bu, insanların bir çox bələdiyyələrə olan etimadına zərər vurub.”
Cərimələnəcək bələdiyyələrə Delft, Ede, Eindhoven, Haarlemmermeer, Hilversum, Huizen, Gooise Meren, Tilburg, Veenendaal və Zoetermeer şəhərləri daxildir.
Delft bələdiyyəsi gizli araşdırmalara görə yerli müsəlman icmasından, o cümlədən şəhərin Əl-Ənsar məscidindən üzr istəyib.
