Axtar

Həzrət Əlinin (ə) hərəmində "Peyğəmbəri-Əzəm (s)" V Beynəlxalq Şeir Festivalının başlanması

  • Paylaş:
Həzrət Əlinin (ə) hərəmində "Peyğəmbəri-Əzəm (s)" V Beynəlxalq Şeir Festivalının başlanması

V Beynəlxalq "Sadiqeyn" həftəsi çərçivəsində, "Şəhərə qapısından daxil ol" şüarı altında, "Peyğəmbəri-Əzəm (s)" V Beynəlxalq Ərəb Şeiri Festivalının ilk sessiyası iraqlı və ərəb şairlərdən ibarət seçilmiş bir qrupun, eləcə də rəsmi şəxslərin və geniş ictimaiyyətin iştirakı ilə Həzrət Fatimə Zəhra (s) hərəminin həyətində keçirilib.

Müqəddəs Həzrət Əlinin (ə) hərəminin baş katibi Seyid İsa əl-Xorsanın rəhbərliyi ilə keçirilən bu iclasda müqəddəs ziyarətgahların nümayəndələri, Nəcəf valisi, idarə heyətinin üzvləri, rəsmi, dini, akademik, mədəni və sosial şəxsiyyətlər, yazıçı və şairlər, Nəcəfin ağsaqqalları və həm Nəcəfin daxilindən, həm də xaricindən gələn çoxsaylı insan kütləsi iştirak edib.

Həzrət Əlinin (ə) hərəminin mədəniyyət və media məsələləri üzrə müşaviri Əhməd əl-Qureyşi qonaqları salamlayaraq vurğulayıb: "Peyğəmbəri (s) hamıdan yaxşı tanıyan və onun işlərindən hamıdan çox agah olan Əmirəl-möminin (ə) Peyğəmbərin (s) rolunu izah etmək vəzifəsini öz üzərinə götürdükdə, onun fəzilətlərini heç bir xüsusi cəhətlə məhdudlaşdırmayıb".

Festivalın birinci günündə İraqın Nəcəf şəhərindən Seyid Mühənnəd Cəmaləddin, Misirdən Ziya əl-Keylani, Mərakeşdən Nofəl əs-Səidi, İraqın Nəcəf şəhərindən Mürtəza əl-Həmmami, Omandan şair Nasir əl-Qəsani və Liviyadan Əhməd əl-Fəxri şeirlərini oxuyublar.

İkinci gün isə Nəcəfdən Əhməd əl-Əlyavi, Livandan Südeyf Həmadə, Zi-Qardan Həsən əl-Hac Əklə, Mosuldən Zeynil-Sufi, Livandan Məhəmməd Baqir Cabir, Bəsrədən Əhməd Kazım Xüzeyr, Kərkükdən Əhməd Qultəkin və İran İslam Respublikasından Mürtəza Heydəri şeirlərini təqdim edəcəklər.

Qeyd edək ki, Müqəddəs Həzrət Əlinin (ə) hərəminin katibliyi, V Beynəlxalq "Sadiqeyn" həftəsinin bir hissəsi olaraq, Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mövlud günlərini qeyd etmək üçün xüsusi proqram hazırlayıb. Bu həftə müxtəlif dini, mədəni, sosial tədbirləri və anım mərasimlərini əhatə edir.

 

iqna.ir