Bir çox insanlar, xüsusi ilə də gənclər həyatın mənasız olduğunu düşünüb, müxtəlif yanlış yollara əl atır, yaşayışın ləzzət və adrenalini yanlış işlər və vərdişlərdə axtarırlar. Nəticədə isə yaşayışın ən önəmli fəlsəfəsindən uzaq düşüb, öz həyatlarını puç edirlər.
İnsan həyatının mənası fəlsəfə, din və psixologiyanın əsas mövzularından biridir. İnsan daim “Nə üçün yaşayıram?”, “Həyatın məqsədi nədir?” kimi suallara cavab axtarmışdır. İslam dini, xüsusilə şiə məzhəbi bu suala yalnız nəzəri deyil, həm də praktik cavab təqdim edir. İlk olaraq bunu bilməliyik ki, insan təsadüfən yaradılmamış, müəyyən məqsəd və hikmət əsasında var edilmişdir. Həyatın mənası insanın Allahı tanıması, kamilləşməsi və ilahi dəyərlər əsasında yaşaması ilə formalaşır.
İslam dini Həzrət Məhəmməd (s) və İmam Əli (ə) başda olmaqla , Əhli-beyt imamlarının (ə) təlimlərinə əsaslanaraq, insan həyatına mənəvi istiqamət verir. Bu məqalədə şiə baxımından həyatı mənalı edən əsas amillər elmi və dini aspektdən araşdırılır.
1. Tövhid və Allahı tanımaq
Şiə düşüncəsində həyatın əsas mənası tövhid, yəni Allahın birliyini dərk etməkdir. Allah-taala q uran da buyuru r :
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.”
Bu ayəyə əsasən insanın yaradılış məqsədi Allahı tanımaq və Ona yaxınlaşmaqdır. Şiə alimləri ibadəti yalnız ritual əməl kimi deyil, insanın bütün həyatını ilahi məqsədə yönəltməsi kimi izah etmişlər.
İrfani baxımdan Allahı tanımaq insanın daxili boşluğunu doldurur və ona varlıq qarşısında mənəvi istiqamət verir. Müasir böhranların əsas səbəblərindən biri də , mənəvi əlaqənin zəifləməsi hesab olunur.
2. İmamət və doğru rəhbərlik
Şiə məzhəbinin əsas prinsiplərindən biri , imamət anlayışıdır. Şiə etiqadına görə Allah insanları hidayətsiz qoymamış, onlara i mam Əli və digər imamlar (ə) vasitəsilə düzgün həyat yolunu göstərmişdir.
İmamət insan həyatına məna verir, oan m ənəvi rəhbərlik , ə dalətli həyat modeli , ə xlaqi kamillik nümunəsi və h aqq il ə batilin ay ı rd edilm ə si ndə kömək edir.
Xüsusilə İmam Hüseynın (ə) həyatı insanlara azadlıq, ləyaqət və haqq uğrunda mübarizə ruhu verir. Şiə düşüncəsində Kərbəla yalnız tarixi hadisə deyil, həyat fəlsəfəsidir.
3. Ədalət anlayışı
Şiə etiqadında “ədalət” üsuli-dinin əsaslarından biridir. Bu prinsipə görə Allah ədalətlidir və insan da öz yaşayışında ədaləti həyata keçirməlidir.
Əgər insan ədalətlə yaşasa, o, özündə s osial məsuliyyət hiss edəcək, zülmə qarşı mübarizə ruhu formalaşacaq, insanlar arasında hüquq bərabərliyi qorunacaq və özündə f ərdi vicdan ın inkişaf et diyini hiss edəcək.
Nəticədə isə insan həyatda məna olduğunu dərk edəcək.
Ümumiyyətlə passiv həyat tərzi heç bir toplum tərəfindən qəbul edilmir. İnsan həm özünə, həm ailəsinə, həm də cəmiyyətə qarşı məsuliyyət daşımalıdır və bu məsuliyyət daşımaq hissi, insanın həyata olan baxışına məna qatır.
4. Elm və mərifət
Şiə ənənəsində elm müqəddəs dəyər hesab edilir. Bu barədə çox sayda hədislər var. Misal üçün İmam Əli (ə) buyurur: İnsanın dəyəri onun biliyi qədərdir.
Elm insanın həyatına məqsəd, inkişaf və şüurlu seçim imkanı verir. Şiə alimləri tarix boyu fəlsəfə, tibb, astronomiya, hüquq və digər elmlərin inkişafında mühüm rol oynamışlar.
Mərifət anlayışı isə yalnız informasiya deyil, insanın özünü və Allahı tanıması deməkdir. Bu baxımdan elm insanı kamilliyə aparan vasitə sayılır.
5. İbadət və mənəvi bağlılıq
Şiə baxımından ibadət insanın ruhunu saflaşdıran və həyatına daxili rahatlıq gətirən amildir. Namaz, dua, oruc və zikr insanın mənəvi dünyasını gücləndirir.
Allahla insan arasında mənəvi bağ yaradan amillərdən biri də duadır. Şiə məzhəbinin imamları (ə) insanlara çox sayda və fərqli dualar öyrətmişlər. İmam Səccadın (ə) məşhur dua kitabı olan Səhifeyi-Səccadiyyə, şiə irfanında mühüm yer tutur. Bu dualarda insanın Allaha yaxınlaşması , ö zünü tanıması , m ənəvi sakitlik tapması və ü mid hissini qoruması vurğulanır.
Müasir psixologiyada da mənəviyyatın insanın ruhi sağlamlığına müsbət təsiri qəbul edilir.
6. Axirətə inam
Bilməliyik ki, dünya həyatı son məqsəd deyil, əbədi həyatın başlanğıcı hesab olunur. Axirətə iman insanın davranışlarını mənalandırır və məsuliyyət hissini artırır.
Axirət ə inanc i nsan həyatını məqsədli edir , ə məllər in ə mənəvi dəyər qazandırır , ç ətinliklər qarşısında insanda ümid yaradır və onun ə xlaqi davranışı gücləndirir.
Bu baxımdan ölüm son yox , bəlkə yeni həyat mərhələsi kimi qiymətləndirilir.
7. Əxlaq və insanlıq dəyərləri
G özəl əxlaq həyatın əsas mənəvi dayaqlarından hesab edilir. Doğruluq, səbir, mərhəmət, bağışlama və təvazökarlıq insanı kamilləşdirən xüsusiyyətlərdir.
Bu barədə i mam Cəfər Sadiq (ə) buyurur: İnsanları dilinizlə deyil, əməllərinizlə İslama çağırın.
Bu yanaşma onu bildirir ki, həyatın mənası yalnız fərdi ibadətdə deyil, həm də insanlara faydalı olmaqda təzahür edir.
8. Cəmiyyətə xidmət və məsuliyyət
Bilmək lazımdır ki, i nsan təkcə özü üçün yaşamır. İnsanda bu baxış formalaşarsa, onun həyata olan baxışı müsbətə tərəf dəyişər və yaşayışa ümid ilə baxar. İslam dinində cəmiyyətə xidmət etmək ibadətin bir forması hesab edilir.
Elm öyrətmək, kasıblara yardım etmək, ədaləti müdafiə etmək, insan hüquqlarını qorumaq və ailə institutunu gücləndirmək, həmin xidmət növlərindən hesab edilir.
Beləliklə insan başqalarının rifahına töhfə verməklə, öz həyatına məna qatmış olur.
Həyatın mənası yalnız maddi rifah və dünyəvi uğurlarla məhdudlaşmır. Həyatı mənalı edən əsas amillər Allahı tanımaq, onun yolu ilə getmək, ədalətli yaşamaq, elm əldə etmək, mənəviyyatı gücləndirmək, əxlaqlı olmaq və insanlara xidmət etməkdir.
Bu baxımdan həyatın həqiqi mənası insanın ilahi məqsədə uyğun yaşaması və öz varlığını mənəvi dəyərlərlə kamilləşdirməsindədir.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
