Axtar

Həqiqi iman

  • Paylaş:
Həqiqi iman

“Həqiqi iman” (gerçək, səmimi iman) İslam mənbələrində sadəcə dillə “iman gətirdim” deməkdən daha dərin bir hal kimi təsvir olunur. Hədislərə və Qurana əsasən, həqiqi iman insanın həm qəlbində, həm də əməlində özünü göstərir.

İmam Cəfər Sadiq (ə) buyurur: “İman – qəlblə tanımaq, dillə iqrar etmək və əzalarla əməl etməkdir.”

(yəni həqiqi iman yalnız inanmaq deyil, həm də əməl və davranışla təsdiqlənən inancdır).

Həqiqi imanın əsas xüsusiyyətləri

1- Qəlbdə etiqad – Allahı, peyğəmbəri, haqq dini səmimi qəbul etmək.

2- Dildə iqrar – bu imanı açıq şəkildə dil ilə təsdiq etmək.

3- Əməl və itaət – iman yalnız qəlbdə qalsa, kamil sayılmır. Həqiqi iman sahibinin əməlləri də imanla uyğun olur.

4- Xeyir və şər anlarında sabit qalmaq – çətinlik, qorxu, yoxsulluq qarşısında imandan dönməmək.

5- Günaha nifrət – günahı sevməmək, imanla zidd olan işlərdən çəkinmək.

6- Qardaşlıq və ədalət – iman sahibi möminlərə qarşı mehriban və ədalətli olur.

Allah-tala Quranda buyurur: “Həqiqi möminlər yalnız o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri titrəyər, onlara Allahın ayələri oxunduqda imanları artar və Rəbbinə təvəkkül edərlər.” (Ənfal, 2).

Deməli, həqiqi iman – Allahın varlığına və dininə qəlbən bağlanmaq, bunu dillə etiraf etmək və həyat tərzində göstərməkdir.

Həqiqi İmanın Əlamətləri

1- Tövhidə sarsılmaz inam – yalnız Allaha pərəstiş etmək, heç bir varlığa şərik qoşmamaq.

2- İxlas – bütün əməlləri təkcə Allah rizası üçün etmək.

3- Namaz və ibadətə bağlılıq – namazı vaxtında, diqqətlə və sevgi ilə qılmaq.

4- Günaha nifrət – günahdan qaçmaq, pis işlərə meyil göstərməmək.

5- Təvazö – qürur və təkəbbürdən uzaq olmaq, başqaları ilə gözəl rəftar etmək.

6- Ədalət və haqqsevərlik – həm özünə, həm başqasına qarşı haqsızlıq etməmək.

7- Əmanətə vəfa – verilmiş sözə və əmanətə sadiq qalmaq.

8- Dilini qorumaq – yalan, qeybət, böhtan danışmamaq.

9- Səbr və şükür – çətinlikdə səbir, nemət içində şükür etmək.

10- Qardaşlıq və mərhəmət – möminlərə qarşı sevgi, kömək və mərhəmət göstərmək.

11- Allah qorxusu (təqva) – haramdan çəkinmək, hər zaman Allahın onu gördüyünü xatırlamaq.

12- Qiyamətə inam – axirət, hesabat və mükafat-cəza gününə tam etiqad.

İmam Əli (ə) buyurur: “Əgər Mömində dörd şey kamil olmazsa, onun imanıda kamil olmaz;

Ağlında (düşüncəsində) hikmət, əməlində gözəllik, dolanışığında ədalət və insanlar arasında səbr.” (Nəhcül-Bəlağə, hikmət 31).