Bu hədisdə gündəlik 17 rükər vacib və 34 rükət müstəhəb namazlar nəzərdə tutulur. Müstəhəb namazlar şəriətdə “nafilə” adlanır. Onları qılmaq vacib olmasa da, təkid edilən sünnə və müstəhəbdir. Bu namazları qılmaq nəticəsində insanın imanının artması, mənəviyyat üfüqlərində yeni məqamlar qazanması bildirilir. Nafilə namazların 11 rükətini gecə namazı təşkil edir: 4 ədəd qoşarükətli namaz, 2 rükətlik şəf namazı və 1 rükətlik vitr namazı. Bundan əlavə sübh namazının 2 rükətlik nafiləsi (sübh namazından əvvəl qılınır), zöhr və əsr namazlarının hər birindən əvvəl qılınan 8 rükətlik nafilə, məğrib namazından sonra qılınan 4 rükətlik nafilə və işa namazından sonra qılınan 2 rükətlik nafilə. Sonuncusunu oturaq halda qılmaq müstəhəbdir və 1 rükət hesab edilir. Bunları gündəlik 17 rükətlik namazla cəmləyəndə 51 rükət edir.
Hədislərin birində deyilir ki, möminin əlamətlərindən biri də gündə 51 rükət namaz qılmaqdır. Burada hansı namazlar nəzərdə tutulur?
