Axtar

Gün ərzində özünlə hesabat apar

  • Paylaş:
Gün ərzində özünlə hesabat apar

İmam Kazim (ə) buyurmuşdur:

لَيْسَ مِنَّا مَن لَم يُحَاسِبْ نَفْسَهُ فِي كُلِّ يَوْمٍ

“Gün ərzində nəfsini hesaba çəkməyən kəs bizdən deyildir!”[1]

Qısa izah

Dünyanın istər böyük olsun, istərsə də kiçik, hər hansı bir müəssisəsində gündəlik mühasibat və hesab-kitab aparmadan ziyanın qarşısını almaq və çoxlu mənfəət və gəlir əldə etmək üçün çalışmaq mümkün deyildir.

 

Həqiqətən, insanların maddi sərmayələri, hətta, öz ağırlıqlarının neçə qram artıb-azalması barədə həddən artıq dəqiqliklə hesab-kitab aparması, amma bütün ömrü boyu bir dəfə də olsun insani, əxlaqi və mənəvi keyfiyyətləri nəzərdən qaçırması təəccüb doğuracaq bir haldır. Bu, necə də böyük bir qəflət və diqqətsizlikdir!

İmam Kazimin (ə) yuxarıdakı hədisdə buyurduğu kimi, ayıq və məsuliyyətli müsəlman gün boyu istisnasız olaraq öz nəfsini hesaba çəkən, yaxşı və xeyirli iş gördükdə, onu artırmağa, bəyinilməz işə mürtəkib olduqda isə Allahdan bağışlanmaq diləməyə çalışan kəsdir.

[1] “Biharul-ənvar”, c. 67, səh. 72, hədis, 24.

ahliman.info