Axtar

Ey Məhəmməd(s), istədiyin kimi yaşa, amma bil ki, günlərin birində mütləq öləcəksən.

  • Paylaş:
Ey Məhəmməd(s), istədiyin kimi yaşa, amma bil ki, günlərin birində mütləq öləcəksən.

İmam Sadiq (ə) belə rəvayət edir: Günlərin birində cənab Cəbrail (ə) həzrət xətmil-ənbiya Məhəmməd Mustafanın (s) hüzuruna şərəfyab oldu. Şə`ni əzəmətli olan peyğəmbərimiz (s) ona buyurdu: Ey Cəbrail, mənə moizə və nəsihət et.
Həzrət Cəbrail (ə) ərz etdi:
Ey Məhəmməd, istədiyin kimi yaşa, amma bil ki, günlərin birində mütləq öləcəksən.
Kimi istəyirsən sev, amma bil ki, günlərin birində mütləq ondan ayrılacaqsan.
İstədiyini et, amma bil ki, etdiyin əməllə üzləşəcəksən (və onun əsasında cəzalanacaq və ya mükafat alacaqsan).
Bunu bil ki, gecələri qiyamda qalıb namaz qılmaq mömin kişinin şərəfi, camaatın abır və heysiyyətinə toxunmamaq, onları əziyyətə salmamaq və gözünü insanların malına dikməmək (gözütox olmaq) kişinin izzəti və başıucalığıdır.
عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ: (جَاءَ (نَزَلَ) جَبْرَئِيلُ (ع) إِلَى (عَلَى) النَّبِيِّ )ص) (ف)قَالَ (له) رَسُولُ اللَّهِ (ص) لِجَبْرَئِيلَ (يَا جَبْرَئِيلُ) عِظْنِي.‏ فَقَالَ (له): يَا مُحَمَّدُ عِشْ مَا شِئْتَ، فَإِنَّكَ مَيِّتٌ‏ وَ أَحْبِبْ مَا شِئْتَ، فَإِنَّكَ مُفَارِقُهُ، وَ اعْمَلْ مَا شِئْتَ، فَإِنَّكَ مُلَاقِيهِ (مَجْزِيٌّ بِهِ)، وَ اعْلَمْ أَنَّ شَرَفُ الْمُؤْمِنِ (الرَّجُلِ) صَلَاتُهُ (قِيَامُهُ) بِاللَّيْلِ، وَ عِزُّهُ كَفُّهُ عَنْ أَعْرَاضِ النَّاسِ، (وَ عِزُّهُ كَفُّ الْأَذَى عَنِ النَّاسِ) (وَ عِزَّهُ اسْتِغْنَاؤُهُ عَنِ النَّاسِ).
Şeyx Səduq, “əl-Xisal”, c.1, s.7, hədis: 19 və 20; “Mən la yəhzuruhul fəqih”, c.4, s.399, hədis: 5856.

ahliman.info