Ərbəin zəvvarları üçün yeni xidmət növü təqdim edilib. Xürrəmşəhr Limanı və Dənizçilik İşləri üzrə Baş direktoru Əli Əsğəri ziyarətçilər üçün yeni dəniz səfərlərinin başlayacağını elan edib. Belə ki, artıq insanlar dəniz səyahəti ilə İranın Xürrəmşəhr limanından İraqın Bəsrə limanına və əksinə səfər edə biləcəklər. “İlk səfər 1 avqust tarixində cümə günü Xürrəmşəhr limanından İraqın Bəsrə limanının Korniş sərnişin estakadasına doğru həyata keçiriləcək”, – deyə o qeyd edib.
Ərbəin zəvvarları artıq dəniz yolu ilə də İraqa gedə biləcəklər
