Dini mətnlərdə duanı həm gizli, həm də aşkar şəkildə edilməsini müsbət qarşılayan hədislər var. İmam Riza (ə) bir gizli duanı 70 aşkar duaya bərabər tuturdu. Qurandakı “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin” (Əraf, 55) ayəsində də bu cür dua etmək məsləhət görülüb. Amma bununla yanaşı, möminlərin bir yerə toplaşaraq kütləvi şəkildə dua etmələri, bir-birinin duasına “amin” demələri də İslam müqəddəsləri tərəfindən müsbət qarşılanıb. İmam Sadiq (ə) rəvayət edirdi ki, atası İmam Baqirin (ə) başına kədərli bir hadisə gələndə həyat yoldaşlarını və uşaqların başına yığıb dua edər, onlar da “amin” söyləyərdilər. Hədislərdə buyurulub ki, dua edənlə “amin” deyən adam savabda şərikdirlər.
Duanı gizli etmək daha yaxşıdır ya aşkar şəkildə?
