Axtar

Böyük günah nədir və hansılardır?

  • Paylaş:
Böyük günah nədir və hansılardır?

Şəriətdə böyük günahlara “kəbirə” deyirlər. Hansı günahların böyük sayıldığı barədə məlumatlar fərqlidir. Qurani-kərimdə Allahı inkar etmək (Vaqiə, 46), Allaha şərik qoşmaq (Loğman, 13), yetim malı yemək (Nisa, 2), yoxsulluq qorxusundan öz övladını öldürmək (İsra, 31), içki və qumar (Bəqərə, 219) və sairə əməllər böyük günah kimi göstərilir. Alimlərin fikrincə, bu dünyada şəriət cəzasına, axirətdə ilahi əzaba layiq olan, Peyğəmbərin lənətlə­miş olduğu əməllər böyük günah sayılır. Dəqiq məlum olan budur ki, ağırlıq dərəcəsinə görə ən böyük günah Allaha şərik qoşmaqdır. Bundan sonra haqsız yerə adam öldürmək, ata-ananın üzünə ağ olmaq, zina etmək, yalandan şahidlik etmək, sehrbazlıqla məşğul olmaq, yetim malı yemək, sələm vermək, cihaddan qaçmaq, böhtan atmaq, oğurluq etmək, şərab içmək, qumar oynamaq və s. əməllər böyük günah sayılır.